"Bilirsiniz ki, Azərbaycan klubu ilk dəfədi Çempionlar Liqasında iştirak edir. Bu, gənc oyunçular üçün böyük təcrübədir. Düşünürəm ki, oyundan-oyuna futbolçularımız təcrübə qazanacaqlar".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın U-19 komandasını UEFA Gənclər Liqasının III turunda Bakıda "Atletiko" ilə keçirilən oyunda (1:5) meydana çıxaraq Aftandil Hacıyev deyib.
Gənc məşqçi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Belə oyunlar futbolçulardan böyük güc tələb edir və gənclərimiz indi-indi buna öyrəşirlər. Biz əvvəlcədən hansı komandaya qarşı oynayacağımızı bilirdik. Fikrimcə, futbolçularımız rəqibə çətin anlar yaşada bildilər, bəzi epizodlar zamanı hesab arasında fərqi azaltmaq imkanımız var idi. Biz qrup mərhələsində oynamaq üçün tam hazır olmasaq da, böyük təcrübə toplayırıq.
- Təcrübəli komandalarla oyunlara məşqçilər və futbolçular nə qazandılar?
- Futbolçular oyundakı sürəti hiss edirlər, rəqibin üstün cəhətlərini və komanda şəkilində müdafiə olunmağı görürlər. Təbii ki, bu təcrübə bizə qarşıdakı matçlarda fayda verəcək.
- Azərbaycanlı futbolçular Avropa klublarında özlərini göstərə bilmirlər. Komandanızın heyətində xarici klublarda oynamağa layiq futbolçu görürsünüz?
- Bilirsiniz ki, Gənclər Liqasında limitlə bağlı problemlərimiz var. Ancaq elə futbolçularımız var ki, gələcəkdə müəyyən səviyyəyə çata bilərlər. Amma onlar çox çalışmalı və fərdi şəkildə üzərlərində işləməlidirlər. Bundan başqa, sosial həyatdan ayrı qalmalı və idmana olan baxışlarını dəyişməlidirlər. Bəzi futbolçuların perspektivi var, amma baxırsan ki, sosial həyatda özlərini idmançı kimi aparmırla və 21 yaşda itib-batırlar. Düşünürəm ki, gənc futbolçular təcrübə artırmaq üçün yüksək liqada oynamalıdılrlar. Amma bizim çempionatda 8 komanda mübarizə apardığı üçün şans yaranmır. İnanıram ki, 2-3 ilə hansısa gənc futbolçumuz ortaya çıxacaq.
- Rəşad Sadıqovu məşqçi kimi əvəzləmək necə hiss idi?
- Paltardəyişmə otağında Rəşadla bir yerdə idik. Ümumiyyətlə, bu oyuna bir yerdə hazırlaşmışıq. Deyərdim ki, Sadıqov məşqçiliyə çox həvəslidi. Onu əvəz etməyə hər zaman hazırıq. Bu gün də çalışdıq ki, futbolçular onun yoxluğunu hiss etməsinlər. İkinci səbəbi də o idi ki, Rəşad axşam "Atletiko"nun əsas komandasına qarşı meydana çıxa bilər. Bu baxımdan qərara gəldi ki, fiziki güc sərf etməsin və bu işi mənə tapşırdı.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə