“Qarabağ” xüsusi komandadır" - "Roma" rəsmisi

“Qarabağ” xüsusi komandadır" - "Roma" rəsmisi
GÜNDƏM 25 Sentyabr 2017 / 13:24 4353
-  A +

“Qarabağ”la oyun bizim üçün çox önəmlidir. Rəqib xüsusi komandadır. Avropa Liqası təcrübələri var. Onlar “İnter”lə heç-heçə ediblər. Qrupun digə görüşündə “Atletiko” ilə “Çelsi” üz-üzə gələcək. Buna görə Bakıda qələbə qazanmaq bizim üçün çox vacibdir”.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Roma”nın baş icraçı direktoru Umberto Qandini  Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"la oyun öncəsi deyib.

O, C qrupunu 3-cü pillədə başa vuraraq Avroliqaya yollanacaqlarını istisna etməyib: “Yer aldığımız qrupda iki önəmli komandanın olması normaldır. Əgər Avropa Liqasına yollansaq, orda da sona qədər mübarizəmizi aparacağıq. Favorit komandaların bir-birilərinə qarşı keçirəcəkləri oyunlardan çox şey asılıdır. Bu səbəbdən də “Qarabağ”la matçlarda maksimum nəticə əldə etməliyik”.

U.Qandini bildirib ki,  sentyabrın 27-də 41 yaşı tamam olacaq klubun əfsanəvi futbolçusu Françesko Tottiyə hədiyyəni "Qarabağ"la görüşdə qələbə qazanaraq vermək istəyirlər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər