“Bir-birimizi gözüyumulu başa düşürük” - Nazarov

“Bir-birimizi gözüyumulu başa düşürük” -  Nazarov
GÜNDƏM 22 Sentyabr 2017 / 13:30 4409
-  A +

“Komandamızın hücum xəttinin bu mövsüm  inamlı çıxış etməsi  təsadüf deyil. Qolları təsadüf nəticəsində vurmuruq".

Qol.az-ın məlumatına görə,  bu sözləri millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

Nazarovun çıxış etdiyi Almaniya II Bundesliqa təmsilçisi "Aue" bu gün öz meydanında “Sandhauzen”i qəbul edəcək. Bu mövsüm çempionatda 2 qol vuran millimizin yarımmüdafiəçisi bugünkü görüş barədə qısaca danışıb. O, komandasında futbolçuların bir-birini çox yaxşı başa düşdüyünü bildirib:

"Bir-birimizi gözüyumulu başa düşürük. Oyun zamanı kimin necə  davranacağını yaxşı bilirik. Hücum xəttindəki futbolçularımızın  boş zonaya nə vaxt açılacağını, hansı sürətlə qaçacağını hər birimiz bilirik. “Sandhauzen”lə görüşdə də qollarımızı davam etdirməyə çalışacağıq".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi