"Hakimlərin ədalətli olacağına inanıram" - "Astra"nın baş məşqçisi

"Hakimlərin ədalətli olacağına inanıram" - "Astra"nın baş məşqçisi
GÜNDƏM 19 İyul 2017 / 20:05 4545
-  A +

Rumıniyanın "Astra" klubunun baş məşqçisi Edvard Yordanesku Avropa Liqasının II təsnifat mərhələsində "Zirə" ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın sport24.az-a istinadən yaydığı xəbərə görə, rumıniyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.

- Bütün fikrimizi qələbə qazanaraq mərhələ keçməyə yönəltmişik. İlk oyunda 3:1 hesabı ilə qalib gəlsək də, hələ bir çox məsələyə aydınlıq gəlməyib. Qarşıda çətin matç olacaq. Biz hələ növbəti mərhələyə keçməmişik. Bunu ağlımızda tuturuq. Fikrimcə, ilk oyunda daha yaxşı oynasaydıq, daha fərlqi hesabla qələbə qazana bilərdik. 3:1 hesabı bizə növbəti mərhələdə olacağımıza zəmanət vermir. Futbolda bu üstünlük heç bir şey deyil və asanlıqla dəyişə bilər. "Zirə"nin ilk mərhələdə "Differdanj"la oyununu izləmişəm. Belə qənaətə gəlmişəm ki, rəqibimiz ev qarşılaşmalrında səfər matçlarından qat-qat yaxşı oynayır. Daha aqressiv oynayaraq daha çox qol imkanları yaradır. Ümid edirəm ki, sabahkı oyuna tam hazır olacağıq. Biz yeni komandayıq. Altı həftə öncə bu prosesə başlamışıq. Yay fasiləsində "Astra"dan 16 futbolçu gedib, yeni oyunçular gəlib. Çoxlu gənc futbolçumuz var. Komandaya tam uyğunlaşa bilməyən oyunçularımız var. Komandamız hələ "oturuşmayıb". Mənfi cəhətlərimizdən biri uyğunlaşmanın istənilən səviyyədə olmamağıdır. Bütün fikrimizi mərhələ adlamağa yönəltmişik və buna hazırıq.

- "Astra" ilk qarşılaşmadakı hesaba əsasən sabah müdafiədən oynayacaq?

- Yəqin ki, oyunun taktikasını sabah matçda görəcəyik. Biz komanda olaraq darıxdırıcı futboldan çox hücumameylli oyuna üstünlük veririk. Bunu təkcə Avropa Liqasında yox, bütün oyunlarda komandaya aşılayıram. Təbii ki, 2 qol üstünlüyündən istifadə edərək müdafiəyə böyük diqqət yetirəcəyik.   

- "Zirə" ilə ilk oyunda hakimlər briqadası Belarusdan, bu dəfə Gürcüstandandır. Bunun bir təsiri varmı?

- Bu hakim təyinatlarını məntiqli sayıram. Buna UEFA qərar verir. Məncə, Avropa Liqasında hakim qərəzindən söhbət gedə bilməz. Hakimlərin ədalətli olacağına inanıram.

- Rəqibinizdə oyunun taleyini həll edən hansı futbolçuları fərqləndirərdiniz?

- Hər zaman komandama rəqibin güclü və ya zəif tərflərini çatdırmağa çalışıram. Bu dəfə də belə olub. Bunları müzakirə etmişik və sabahkı oyuna hazırıq. Meydanda öz oyunumuzu sərgiləməyə çalışırıq. "Zirə"nin heyətində 3-4 hücumameylli oyunçunu fərlqəndirmək istəyirəm. Bunlar Kervens Belfort, David Manqa, Orxan Əliyev və Riçard Qadzedir. Onlar matçın taleyini həll edə biləcək futbolçulardır.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi