"Şanslar 50-50-dir" - "Yagelloniya"nın baş məşqçisi

"Şanslar 50-50-dir" -  "Yagelloniya"nın baş məşqçisi
GÜNDƏM 12 İyul 2017 / 20:57 3742
-  A +

Polşa “Yagelloniya”sının baş məşqçisi İreniuş Mamrot Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə oyun öncəsi mətbuat konfransı keçirib.

Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Biz bura çox güclü rəqiblə oynamaq üçün gəlmişik. "Qəbələ" yaxşı komandadır. Sabahkı oyunda hər şey məlum olacaq. Ən əsası uduzmamağa çalışacağıq.

- “Qəbələ”nin oyunlarını izləmisiniz?

- Rəqibin oyunlarını izləmişəm. Bu komandada əsasən, Araz Abdullayevi, Filip Ozobiçi və əlbəttə ki, baş məşqçi Roman Qriqorçuku fərqləndirərdim. Ancaq “Qəbələ” komanda oyunu sərgiləyir. Rəqibin cəmi 3 oyununu izləmişik. Əsasən mərkəz müdafiəçilərini qeyd edərdim. Təəssüf ki, rəqib ikinci təsnifat mərhələsindən mübarizəyə qoşuldu. Buna görə, bu komanda barədə elə də çox məlumata sahib deyilik.

- Sizcə, bu komandalar arasında hansı matç həlledici olacaq?

- Çox güman ki, Polşadakı oyunda hər şey həll olunacaq. Çətin ki, ilk görüşdə hər şey həll edilsin. Çünki hər iki komanda bərabər səviyyəlidir. Belə oyunlarda adətən, ilk matçda cütün taleyi həll edilmir.

- “Qəbələ”də əvvəllər polşalı futbolçular - Kapsa və Piterskeviç çıxış edib. Onlardan məsləhət almısınız?

- Kapsa burda uzun müddət öncə oynayıb. O ki qaldı Piterskeviçə, onunla şəxsi tanışlığım yoxdur.

- Avropa Liqasında əsas hədəfiniz nədir?

- Hazırda əsas məqsədimiz bu mərhələni keçməkdir. Hər dəfə mərhələ keçdikcə bu iddiamız artacaq.

- Uzun yol sizə necə təsir edib?

- Bunun oyunumuza təsir edəcəyini düşünmürəm. Səyahətimiz uzun olsa da, rahat olub.

- Şansları nə qədər dəyərləndirərdiniz?

- Məncə, şanslar 50-50-dir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi