İki taekvondoçumuz yarımfinalda - İslamiada

İki taekvondoçumuz yarımfinalda - İslamiada
GÜNDƏM 18 May 2017 / 11:27 2895
-  A +

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, son gündə daha  4 üzvümüz mübarizəyə qoşulacaq.
 
Kişilər
63 kq


Məhəmməd Məmmədov turnirə 1/8 finaldan start verib. Dünya kubokunun qızıl medalçısı  İbrahim Zarmana (İndoneziya) 9:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. İdmançımız bu mərhələdə Ömər Xəyyami (Mərakeş) ilə döyüşüb və rəqibini  26:10 hesabı ilə məğlub edib.
 
74 kq

Səid Quliyev yarışa 1/4 finaldan qoşulacaq. Gənclərin Olimpiadasında “qızıl” medal qazanmış idmançımız Muhammad Fahem (Pakistan)/ Toş van Diyk (Surinam) mübarizəsinin qalibi ilə qarşılaşacaq.
 
87 kq

Bu çəkidə ölkəmizi təmsil edən Ramin Əzizov 1/4 finalda Anas Sadeklə (İordaniya) üz-üzə gəlib. Taekvondoçumuz rəqibini 27:8 hesabı ilə qalib gəlib.

Qadınlar
62 kq


Son gündə dayanq üzərinə çıxan yeganə qadın idmançımız Darya Şkurko olub. O, 1/4 finalda Mərakeş taekvondoçusu Sukayna El-Auni ilə münasibətlərinə aydınlıq gətirib. 8:10 hesabı ilə uduzan Şkurko mübarizəni erkən dayandırıb.
 
Qeyd edək ki, taekvondo yarışlarının ilk iki günündə millimiz 5 qızıl və 2 gümüş medal qazanıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi