Məsut Özilin Bakıya gəlib-gəlməyəcəyi dəqiqləşdi

Məsut Özilin Bakıya gəlib-gəlməyəcəyi dəqiqləşdi
GÜNDƏM 20 Mart 2017 / 12:30 5494
-  A +

Almaniya millisinin və "Arsenal"ın futbolçusu Məsut Özilin son durumuna aydınlıq gəlib.

Qol.az-ın "Kicker"ə itinadən yaydığı xəbərə görə, o, məşq vaxtı zədə almasına baxmayaraq, İngiltərə yığması ilə yoldaşlıq görüşündə və millimizlə DÇ-2018-in seçmə mərhələsində çərçivəsində keçiriləcək oyunda iştirak edəcək. M.Özil bu gündən yığmanın düşərgəsinə gedəcək.

Qeyd edək ki, M.Özil zədə səbəbindən İngiltərə Premyer Liqasında "Vest Bromviç"lə oyunu buraxıb.

Əlavə edək ki, Almaniya martın 22-i Dortmundda İngiltərə ilə qarşılaşacaq. Bundan 4 gün sonra Yoahim Lövün komandası millimizin qonağı olacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi