"Qəbələ" ilə oyunun böyük bir əhəmiyyəti yoxdur"

"Qəbələ" ilə oyunun böyük bir əhəmiyyəti yoxdur"
GÜNDƏM 6 Dekabr 2016 / 14:42 3088
-  A +

"Turniri qələbə ilə yekunlaşdırmaq istəyirik. Artıq bu oyunun böyük bir əhəmiyyəti yoxdur".

Qol.az-ın məlumatına görə, bu sözləri "Maynts"ın baş məşqçisi Martin Şmidt Avropa Liqasının qrup mərhələsinin son turunda "Qəbələ" ilə keçiriləcək oyun haqda danışarkən deyib.

O, Almaniya mətbuatına açıqlamasında cari mövsüm Avroliqadakı çıxışlarını dəyərləndirib və "Qəbələ"yə qalib gəlməli olduqlarını bildirib:

"Avroliqada yaxşı təcrübə qazandıq. Amma "Anderlext"ə 1:6 hesablı məğlubiyyət bizim üçün rüsvayçı nəticədir. "Qəbələ"yə qalib gələrək  Bundesliqadakı oyunumuza yaxşı əhval ruhiyyədə hazırlaşmaq istəyirik".

Qeyd edək ki, dekabrın 8-də keçiriləcək "Maynts" - "Qəbələ" matçı Bakı vaxtı ilə 22:00-da start başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi