Aquero ən yaxşı seçildi

Aquero ən yaxşı seçildi
XƏBƏR 12 May 2016 / 11:14 2685
-  A +

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Mançester Siti"nin hücumçusu Serxio Aquero aprel ayının ən yaxşısı seçilib.

Argentinalı futbolçu ötən ay keçirdiyi 5 oyunda 7 qol vurub. O, "Çelsi" ilə görüşdə het-triklə yadda qalıb.

Qeyd edək ki, Premyer Liqada ötən ayın ən yaxşı baş məşqçisi "Lester Siti"ni tarixində ilk dəfə çempion edən Klaudio Ranyeri olub.

Daha çox


Son xəbərlər