"Yolumuza belə davam etmək istəyirik" - Muarem Muarem

"Yolumuza belə davam etmək istəyirik" -  Muarem Muarem
XƏBƏR 30 Oktyabr 2016 / 00:00 2264
-  A +

"Qarabağ"ın futbolçusu Muarem Muarem Topaz Premyer Liqanın 10-cu turunda AZAL-la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.


- AZAL-dan belə müqavimət gözləyirdiniz?
- Matçın çətin keçəcəyini bilirdik. Baş məşqçi bu oyun üçün bizi lazımi qədər hazırlamışdı. AZAL bizə qarşı çox aqressiv oynayırdı. Bu səbəbdən oyunun əvvəlində ot örtüyü ilə bağlı problemlər yaşadıq. Amma sonda üç xalı almağı bacardıq. Yuxarı pillələrdən qopmamaq üçün qələbə önəmli idi. Yolumuza belə davam etmək istəyirik.

- Süni ot örtüyü nə dərəcədə çətinlik yaradırdı?
- Bizim üçün çox çətin oldurdu. Həm də bu stadionun süni ot örtüyü digərlərindən fərqli idi. Ancaq biz çətinliyin fərqindəydik və bunu bilərək hazırlaşmışdıq. 90 dəqiqə aqressiv şəkildə oynadılar. Bir neçə qol epizodunu dəyərləndirə bilmədik. Lakin lazım olan qolu vurduq.

- Vurduğun qol zamanı oyundan kənar vəziyyətin olması ilə bağlı şübhələr yarandı...
- Mən bilmirəm, həmin an gözlərim topda idi. Daha sonra təkrarını izləyəcəm.

- Sıx qrafiklə matçlara çıxırsınız. Bu, komandaya necə təsir edir?
- Qrafikin sıx olmasının fərqindəyik. Komandada yorğunluq olmasına baxmayaraq, baş məşqçi bizi yaxşı hazırlayır. Bəzi futbolçulara şans verir, bəzilərinin də dincəlməsini istəyir.

- Qarşıdan gələn PAOK-la səfər matçı haqqında nə düşünürsən?
- Problem yaşayacağımızı düşünmürəm. Oyuna hələ beş gün var, yaxşı hazırlaşıb, lazım olan nəticəni almalıyıq.

Məftun MAHİROĞLU

Son xəbərlər
topaz banner