"Qarabağ"ın futbolçusu Maksim Medvedev Topaz Premyer Liqanın 10-cu turunda AZAL-la oyundan (1:0) sonra Qol.az-ın suallarını cavablandırıb.
- Oyun haqda nə düşünürsən?
- Bu gün çempionatın ən ağır matçlarından birinə çıxmışdıq. Bilirdik ki, ot örtüyü bizə oynamağa imkan verməyəcək. AZAL-ın aqressiv futbol oynadığını da bilirik. Bizdə çox şey alınmırdı. Dani ustalıq səviyyəsini nümayiş etdirdi və Muaremə qol ötürməsini verdi. O da fərqlənməyi bacardı. Hesabda önə keçdikdən sonra oyunumuz bir qədər sakitləşdi.
- İlk dövrədə AZAL-la matçda böyükhesablı (6:0) qələbə qazanmışdınız. Bugünsə onları çətinliklə məğlub etdiniz...
- İlk dövrədəki oyunda AZAL-a qarşı başqa heyətlə oynayırdıq. Həm də həmin maçtda ot örtüyü yaxşı vəziyyətdə idi. Belə böyükhesablı məğlubiyyətlər istənilən komandaya təsir edir. Rəqib bəzi məqamlarda çox aqressiv oynayırdı və biz özümüzü qorumağa çalışırdıq. Çünki gələcəkdə önəmli oyunlarımız var.
- Avroliqada PAOK-la səfər oyununa komandanız nə dərəcədə hazırdır?
- Fikrimcə, sabahdan PAOK-la oyunun hazırlıqlarına başlayacağıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Zədəlilərimiz də qayıdır, ancaq Rəşad Sadıqovun durumu sual altındadır. İnanıram ki, Rəşad da oynayacaq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, PAOK-la oyuna tam hazır olacağıq.
- İlk oyunda doğma meydanda PAOK üzərində qazandığınız qələbə komandada arxayınlıq yaradır?
- Rəqib öz meydanında, azarkeşləri qarşısında oynayacaq. Onlar daha inamla çıxacaqlar oyuna. İlk matçdakı qələbəyə baxmayaraq, bu oyuna daha da yaxşı hazırlaşmalyıq. Bizi orda bəzi sürprizlər də gözləyə bilər. Həmin görüş bizin üçün önəmlidir. Yaxşı nəticə qazanmaq üçün hər şeyi edəcəyik.
- Yunan azarkeşlərin çılğın olması sizin oyuna təsir edə bilər?
- İnanmıram. Böyük klubların azarkeşlərini də görmüşük. Artıq azarkeşlər bizi qorxutmur. Salonikidə özümüzü Bakıdakı kimi hiss etməyə çalışacağıq.
Məftun MAHİROĞLU
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru