“Xəzər Lənkəran”da illik 500 min avro maaş alırdım”

“Xəzər Lənkəran”da illik 500 min avro maaş alırdım”
XƏBƏR 29 Oktyabr 2016 / 12:55 5092
-  A +

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik Azərbaycandakı fəaliyyətindən danışıb.

Qol.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında “Xəzər Lənkəran”da yüksək məvacib aldığını bildirib:

“Azərbaycanda da işlədim. “Xəzər Lənkəran”da illik 500 min avro maaş alırdım. Yaxşı komanda yaratmışdım. Ardıcıl iki il çempionluq uğrunda mübarizə apardıq. Ölkə kubokunu qazandıq. Məndən sonra isə komandaya Con Toşak gətirildi. Lakin o, heç nə edə bilmədi.
 
Qeyd edək ki, Rednik ı 2010-2011-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb.

Son xəbərlər
topaz banner