Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır.
Qol.az-ın məlumatına görə, PFL artıq I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirir.
I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçib. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilib. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olublar.
PFL-in rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunda ən çox səsi Qeyrət Qənbərov toplayıb (68 faiz).
Lakin jurnalistlər arasında sorğuda qalib “Şərurspor”dan Fərmayıl Əliyev seçilib.
Belədə yekun nəticəni PFL-in əməkdaşları müəyyənləşdiriblər. Nəticədə ayın ən yaxşı qolunun müəllifi “Şəmkir”dən Qeyrət Qənbərov olub.
Bu gün keçiriləcək “Şəmkir” - MOİK oyunundan öncə Qənbərov mükafatlandırılacaq. Ona mükafatı PFL-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edəcəklər. Bu məqsədlə adıçəkilən hər iki şəxs Şəmkirə yollanıb.
Qeyd edək ki, ayın ən yaxşı qolu nominasiyasında digər namizədlər MOİK-dən Orxan Həsənov, “Şərurspor”dan Mehman Məmmədov və “Şahdağ”dan Habil Nurəhmədov idi.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi