"Neftçi” PFK-nın yeni icraçı direktoru Orxan Hüseynzadə klubun saytına müsahibə verib. Müsahibəni təqdim edirk
- Klubdakı son yerdəyişmə çoxlarını maraqlandırır. Siz icraçı direktor vəzifəsinə təyin olundunuz, Elnur Eyvazov isə müavininiz oldu. Bunun səbəbi nədir?
- Bu dəyişiklər klubdakı iş fəaliyyətinin səmərəliliyini artırmağa hesablanıb. Mənimlə maliyyə məsələləri üzrə müavin Elnur Eyvazov arasında vəzifə borcumuz dəqiq müəyyənləşdirilib. O, bizim maliyyə məsələlərini qaydasına salır, marketinqin işinə, təchizat şöbəsinə cavabdehlik daşıyır, təhlükəsizlik xidmətinə nəzarət edir. İdmanın – əsas və əvəzedici komandaların, akademiyanın, seleksiya xidmətinin, beynəlxalq departamentin "yük”ü isə mənim üzərimə düşür.
- Vacib suallardan biri də baş məşqçi ilə bağlıdır. Qış fasiləsinin yekun nəticəsinə görə Elxan Abdullayev komandada qalacaq?
- Əvvəla bildirim ki, klub hazırda Elxan Abdullayevin, eyni zamanda həm "Neftçi”nin baş məşqçisi, həm də milli komandanın məşqçisi vəzifəsini yerinə yetirməsinə etiraz etmir. Sevindiricidir ki, millinin son uğurlarında baş məşqçimizin böyük rolu var və ümid edirik, o, yığma komandada olan müsbət ab-havanı "Neftçi”yə də daşıya biləcək. Biz onu seçim qarşısında qoymuruq. Bundan əlavə, "Neftçi”nin klub komandalarının baş inzibatçısı milli komandada da həmin vəzifəni yerinə yetirən İslam Abbasovdur.
- Katalin Tiranın iştirak etdiyi son hadisə ilə bağlı nə deyə bilərsiniz?
- Klub artıq Tira ilə bağlı qərar verib. O, əvvəlcə komandanın məşqlərindən kənarlaşdırılıb. Yekun qərar isə yaxın günlərdə qəbul ediləcək, çünki bu proses vaxt tələb edir.
- Azarkeşlər Tiranın hərəkətlərinə etirazlarını bildirirlər.
- Mən onları gözəl anlayıram. Heç bir futbolçunun azarkeşi vurmağa haqqı yoxdur. Eyni zamanda, azarkeşlərə müraciət etmək istəyirəm. Burada olduğum qısa müddət ərzində onların "Neftçi”ni necə çox sevdiyini, klubun onlar üçün necə əziz olduğunu anladım. Azarkeşlər bu barədə bizimlə çox danışıblar. Amma indi komanda çətin günlərini yaşayır, nəticələr də bundan xəbər verir. Bununla belə, biz xüsusilə son oyunlarda futbolçuları istək və cəhd çatışmazlığına görə qınaya bilmərik. Əgər azarkeş komandanın göstərdiyi nəticədən narazıdırsa, o, 70-ci dəqiqədən başlayaraq hamını istefaya səsləmək əvəzinə, etirazını oyundan sonra da bildirə bilər. Bu, futbolçuların oyuna köklənməsinə pis təsir edir. Azarkeşlərimizdən səbrli olmağı və komandanın böhrandan çıxmasına kömək etməyi xahiş edirəm.
- Bu mövsüm əsas komandanın qarşısına hansısa məqsəd qoyulub?
- Hər şeyə real baxmaq lazımdır. İndi hansısa yüksək məqsədlərdən danışmaq çətindir. Belə deyək: bizə qış fasiləsinədək mümkün qədər çox xal toplamaq, ilk "dördlük”də qərarlaşmış komanlarla xal fərqini azaltmaq, Azərbaycan kubokunda iki mərhələ adlamaq, bundan sonra tam halda təlim-məşq toplanışı keçmək və mümkün qədər güclənmək lazımdır.
- Eyni zamanda, əvəzedici və yeniyetmələrdən ibarət komandalar nəticələri ilə sevindirir.
- Bəli, yeniyetmə komandalarımızın çoxu öz liqalarında liderdir. Akademiyanın işindən çox razıyam. U-19 komandamıza böyük ümidlər bəsləyirik, Çempionlar Liqasının analoqu olan UEFA Gənclər Liqasına vəsiqə qazanmağı arzulayırıq. Bu bizim gələk uğurlarımızın zamini və bünövrəsidir.
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi
Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video
1-ci liqada həftənin hakimləri məlum oldu
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması
Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi
Dünya çempionatında 15:0 hesabı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Bu qış transferlər üçün çox pul xərcləməyəcəklər
Osimhen "Aston Villa"ya qarşı oynayacaq?
Cerrard Poçettinonu tənqid etdi
“Çelsi”də uğursuz nəticələr – Alonso göndəriləcəkmi?
“Maaşları 50 faiz azaldılsın!”
Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”
İlin ən yaxşı gənc oyunçusu oldu
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı