Topaz Premyer Liqasının IX turunun “Zirə” ilə ev oyunu AZAL üçün iki fərqli yubileylə əlamətdar olub.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunlardan biri müsbət, digəri mənfi xarakter daşıyıb.
Matçda hesabı açan Sezar Meza Kolli AZAL-ın qapısına vurulan 350-ci qolun müəllifi olub. Premyer Liqada ilk oyununu 2005-ci ildə keçirən paytaxt təmsilçisi 350 qolu 343 matçda buraxıb. “Təyyarəçilər” orta hesabla hər qarşılaşmada qapısında 1,02 top görüb. Bu 350 qola 22 komanda imza atıb. AZAL-ı daha çox “Neftçi” (50), “Qarabağ” (47) və “Xəzər Lənkəran” (39) məyus edib.
Bərabərlik qolunu vurub, görüşü 1:1 hesablı heç-heçə ilə başa vuran AZAL 100-cü “sülh”ünü rəsmiləşdirib. Bakılılar keçirdiyi 343 matçda 126 qələbə qazanıb, 117 məğlubiyyət alıb, buraxdığı 350 qola 370-i ilə cavab verib. 100 heç-heçədən 45-i ev, 55-i səfərdə qeydə alınıb. AZAL 100 heç-heçəni 21 rəqiblə matçda gerçəkləşdirib. Ən çox “İnter” (13) və “Simurq”la (10) matçda belə nəticə qeydə alınıb. Azərbaycan çempionatlarında ən çox heç-heçə edən komandalar arasında 8-ci olan AZAL “Qarabağ” (164), “Neftçi” (157), “Bakı” (123), “İnter” (121), “Turan” (112), “Kəpəz” (108) və “Xəzər Lənkəran”dan (103) geri qalır.
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi
Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video
1-ci liqada həftənin hakimləri məlum oldu
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması
Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi
Dünya çempionatında 15:0 hesabı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Bu qış transferlər üçün çox pul xərcləməyəcəklər
Osimhen "Aston Villa"ya qarşı oynayacaq?
Cerrard Poçettinonu tənqid etdi
“Çelsi”də uğursuz nəticələr – Alonso göndəriləcəkmi?
“Maaşları 50 faiz azaldılsın!”
Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”
İlin ən yaxşı gənc oyunçusu oldu
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı