Əliyar Ağayev Avroliqada növbəti oyununu idarə etdi

Əliyar Ağayev Avroliqada növbəti oyununu idarə etdi
XƏBƏR 20 Oktyabr 2016 / 23:14 5470
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avroliqanın qrup mərhələsində ardıcıl ikinci, ümumilikdə üçüncü oyununu idarə edib.

Qol.az-ın məlumatına görə, Ağayev “Konyaspor” (Türkiyə) - “Braqa” (Portuqaliya) matçında ədaləti qoruyub.

Görüş 1:1 hesabı ilə başa çatıb. 90 dəqiqə ərzində Əliyar Ağayev 3 dəfə vərəqədən istifadə edib. Həmyerlimiz “Konyaspor”un 2 (Meha, Turan), qonaqların isə 1 futbolçusunu (Fonte) sarı vərəqə ilə cəzalandırıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner