“Bu, ən acı məğlubiyyətim deyil” – Qvardiola

“Bu, ən acı məğlubiyyətim deyil” –  Qvardiola
XƏBƏR 20 Oktyabr 2016 / 14:16 4116
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində “Barselona”ya uduzduqları oyunu şərh edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, sabiq komandasına uduzduqları oyunu karyerasının ən acı məğlubiyyəti hesab etmədiyini deyib:

“Ötən mövsüm Çempionlar Liqasında “Real”a 0:4 hesabı ilə uduzduq. Həmin görüşdə heç qol epizodu da yarada bilmədik. Ancaq “Barselona” ilə oyunda bir neçə real qol imkanımız oldu. Ona görə də, “Barselona” ilə oyun karyeramın ən acı məğlubiyyəti deyil”.

Xatırladaq ki, “Mançester Siti” ötən gecə səfərdə “Barselona”ya 0:4 hesabı ilə uduzub.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner