Budaq oynadı, komandası qalib gəldi

Budaq oynadı, komandası qalib gəldi
XƏBƏR 20 Oktyabr 2016 / 02:34 5333
-  A +

Portuqaliya ikinci liqasında 11-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Budaq Nəsirovun formasını geydiyi “Sportinq”in B komandası səfərdə “Freamunde”nin qonağı olub.

Həmyerlimiz meydana 65-ci dəqiqədə daxil olub. Budaq Pinheironun əvəzinə oyuna qoşulub.

Matç “Sportinq”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Lissabon klubu qələbə qolunu həmyerlimiz meydana daxil olduqdan sonra vurub.

Qeyd edək ki, 11 turdan sonra hesabında 14 xal olan “Sportinq” 13-cü pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

10.08.26  10:02

PSJ-yə qayıtdı

topaz banner