PAOK Bakıya itkilərlə gəlir
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq PAOK oyuna cidii itkilərlə çıxacaq.
Qol.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi Dimitris Pelkas zədə səbəbindən Bakıda keçiriləcək görüşü buraxacaq. Bu gün müayinə olunan 22 yaşlı futbolçunun zədəsinin ciddi olduğu məlum olub.
Bundan başqa, “İraklis”lə oyunda zədələnən müdafiəçi Martin Leovatsın da “Qarabağ”la görüşü buraxacağı gözlənilir.
Xatırladaq ki, oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – PAOK matçı saat 21:00-da başlayacaq.