Şeydayev ehtiyatda qaldı

Şeydayev ehtiyatda qaldı
XƏBƏR 17 Oktyabr 2016 / 00:10 4936
-  A +

Türkiyə superliqasında 7-ci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” öz meydanında “Akhisar”ı  qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Ramil Şeydayevin adı ilk dəfə olaraq  “18-liy”ə daxil edilib. Ancaq baş məşqçi Ərsun Yanal gənc hücumçuya şans verməyib.

Qeyd edək ki, millimizin üzvü hələ ki, superliqa oyununda iştirak etməyib.

Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner