"Qarabağ”ın üzvü İlqar Qurbanov “Sumqayıt”la oyundan sonra müsahibə verib.
- 3:0 hesablı qələbəni necə şərh edərdin?
- Ötən tur Qəbələdə uduzmuşduq. Ona görə də bu dəfə mütləq 3 xal qazanmalıydıq. "Qəbələ” bizi 6 xala qabaqladığından fərqin artmasını istəmirdik. Komanda şəklində çox yaxşı oynadıq. Hesabı bir qədər gec açdıq. Şanslarımız vardı, sadəcə, istifadə edə bilmirdik. İlk qolu vurduqdan sonra isə daha rahat oynadıq.
- Qolun yubanması komandada gərginlik yaradırdı?
- Bəli. Bu, bizdə istər-istəməz əsəb yaradırdı. Çünki “Sumqayıt” müdafiədən oynadırdı. Belə olan halda rəqibin arxa xətini yarmaq çətin olurdu. Nəticədə qolu da gec vurduq. Əsas odur ki, imkan düşdükcə, qol vurmağa çalışırdıq. Gec olsa da, məqsədimizə çatdıq. Önəmli olan 3 xalı qazanmağımız idi.
- "Qəbələ”nin "İnter”lə matçda xal itirməsi oyununuza əlavə təsir göstərdi?
- “Qəbələ”nin xal itirdiyini əvvəldən bilmirdik.
- Vurduğun qolu necə təsvir edərdin?
- Mənim üçün hücuma qoşulmaq rahatdır. Həmin anda hiss etdim ki, Arif Daşdərimov topa arxa dirəyə göndərəcək və qol vura biləcəyəm. Topa yaxşı toxundum və demək olar baxımlı qola imza atdım.
- PAOK-la oyunöncəsi komandanın özünə gəldiyini söyləmək olar?
- Əlbəttə, hər qələbədən sonra əhval-ruhiyyə yüksəlir. Bu qələbə də istisna deyil. İnşallaah, oktyabrın 20-da PAOK-a qarşı da belə mübarizə aparsaq, yaxşı nəticə qazanacağıq.
- Həmin oyunda özünü əsas heyətdə meydanda çıxmağa hazır sayırsanmı?
- Bu, baş məşqçinin qərarıdır. Şans verəcəyi halda bunu dəyərləndirirəm. Birinci və ya ikinci hissədə oynamağımın fərqi yoxdur. Yetər ki, baş məşqçimizin mənə güvəni olsun.
Mənbə: futbolxeber.az
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır