Klopp ayın ən yaxşısı seçildi

Klopp ayın ən yaxşısı seçildi
XƏBƏR 14 Oktyabr 2016 / 14:50 2119
-  A +

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, “Liverpul”un baş məşqçisi Yurgen Klopp sentyabr ayının ən yaxşısı seçilib.

“Liverpul” ötən Premyer Liqada ay keçirdiyi hər üç oyunda qalib gəlib.

Kloppun komandası “Lester” (4:1), “Çesli” (2:1) və “Hall Siti”ni (5:1) məğlub edib.

Qeyd edək ki, Klopp Premyer Liqada bu adı qazanan ilk alman məşqçidir.

Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

topaz banner