Bakı Olimpiya Stadionunun rəsmi saytı fəaliyyətə başlayıb.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, www.bos.az ünvanında yerləşən sayt keçmiş və gələcək tədbirlər, stadion infrastrukturu, biznes və istirahət imkanları haqqında məlumatı özündə əks etdirir.
“Stadion”, “Turlar”, “Xidmətlər”, “Biznes”, “Media” və digər bölmələrdən ibarət olan sayt şəkillər və xəbərlər, xidmətlər, tədbirlər barədə məlumatı paylaşır, onlayn məsləhətçi və xidmətlərin rezervasiyası imkanları verir.
Azərbaycan, rus, ingilis və alman dillərində yaradılmış saytda tikinti tarixi göstərilir, habelə virtual tur fəaliyyət göstərir.
Media nümayəndələrinin rahat işi üçün yaradılmış “Media” bölməsində xəbərlər, press-relizlər və şəkillər yerləşdirir.
Həmçinin sayt Facebook-a inteqrasiya edilmişdir. Belə ki, sosial şəbəkə istifadəçiləri stadionun rəsmi səhifəsindən birbaşa sayta keçid edə bilərlər.
İzləyicilər üçün saytın mobil telefon və planşet versiyaları da təklif olunur.
Sayt müntəzəm olaraq yenilənir.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab