Futzal üzrə milli komandamızın aparıcı üzvü Vitali Borisovun müsahibəsi
- Millimiz Avropa çempionatının ilk turunda İtaliyaya 0:3 hesabı ilə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsən?
- Oyun normal keçdi. Ümumi götürdükdə, pis oynamadıq. Birinci hissədə rəqibin qol epizodları oldu. Lakin qapıçımız gözəl oynadı. Hər şey azlıqda qalmağımızdan sonra başladı. Bundan sonra İtaliya kimi güclü rəqibə qarşı oynamaq çətin idi. Yaxşı müdafiə olunsaq da, sonda uduzduq.
- Amaedonun qırmızı vərəqə aldığı epizodu necə şərh edərdin?
- Orada cərimə oldu və hakim də qırmızı vərəqəni göstərdi.
- Amadeounun aqressiv olmasına səbəb nə idi?
- Bunu onun özündən soruşmaq lazımdı.
- Ola bilər ki, bu aqressivlik qələbə qazanmaq istəyindən irəli gəlsin?
- Hər şey ola bilər. Mümkündür ki, istəyin çoxluğundan özünü “yandırdı”.
- Özün də qeyd etdin ki, müdafiədə yaxşı oynadıq. Amma hücum barədə eyni sözləri deyə bilmərik.
- Razıyam ki, hücumda çətinlik çəkirdik. Az qol şansımız oldu. Rəqibin şansları daha çox idi. Qapıçımız oyunu çox yaxşı keçirdi. Xeyli epizodda komandamızı qoldan xilas etdi. Fasilədən dərhal sonra qapımızda qol gördük. Bütün bunlar oyunumuza təsir göstərdi. Standart vəziyyətdən qol buraxmağımız heç də yaxşı hal deyil. Bu bizim köhnə xəstəliyimizdi.
- Qarşıdan Çexiya ilə oyun gəlir. 1/4 finala yüksəlmək üçün millimiz çexlər üzərində qələbə qazana biləcək?
- Həmin oyuna qədər mütləq toparlanmalıyıq. Bütün gücümüzlə oynamalıyıq. Hamı bir nəfər üçün mübarizə aparmalıdı. Əlimizdən gələni etməliyik ki, qalib gələcək.
- Amadeonun yoxluğu qarşıdakı matçda özünü göstərəcək?
- Amadeonun olmaması pisdi. Əlimizdən gələni edəcəyik ki, onun yoxluğu hiss olunmasın. Heyətdə 12 oyunçu var. Ümid edirəm ki, 1/4 finala yüksələ biləcəyik. O zaman artıq Amadeo bizə kömək edəcək.
- Çexiya millisi haqda hansı məlumata sahibsən?
- Hələ elə də geniş məlumatımız yoxdu. Bu gündən rəqibi tanımağa başlayacağıq. Köhnə heyətdən cəmi 3-4 nəfər qalıb. Çexlərin heyəti cavanlaşıb. Bərabər güclü rəqiblərin oyunu olacaq. Düşünürəm ki, çexlərə qalib gələ bilərik. Çexiya İtaliya deyil. Onlar dünya çempionatına vəsiqə qazana bilməyiblər. Bu səbəbdən də Avropa çempionatında uğur qazanmaq istəyirlər.
Mənbə: futbolxeber.az
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər
"Fənərbaxça"dan kapitanla bağlı qərar - Rəsmi
"Real" növbəti transferini açıqladı
Klopp Almaniya millisinin baş məşqçisi olacaq
Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı
"Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
Fransanı 1/4 finala yüksəldən qələbə - Video
Duqlas Kostanın yeni klubu bilindi
“Mbappe əlimi sıxmaqdan imtina etdi” - Video
Ançelotti Norveç millisini təriflədi
Adi top azlıq etdi, XXL gətirdilər - Video
“Vestri” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Mərakeşin böyükhesablı qələbəsi - Video
İngiltərə millisi gücləndirilmiş mühafizə altında
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
Paraqvay – Fransa matçının start heyətləri açıqlandı
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər