"Bu gün 26 futbolçu və 4 qapıçı ilə məşq keçmişik. Saat birə qalmış məşqimizi başa vurmuşuq və heç kim də mənə maaşla bağlı etirazını bildirməyib".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri "Rəvan" klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.
Maliyyə problemi səbəbindən bir neçə futbolçu komandanı tərk etsə də, B.Həsənov hazırda məşqlərin normal davam etdiyini söyləyib:
"Hər hansı məşqi boykot etməkdən, oyuna çıxmamaqdan söhbət gedə bilməz. Düzdür, futbolçular maaşların nə zaman ödəniləcəyini soruşur. Bu məsələni də rəhbərliklə danışmışam və fevralın 5-dək maaşlar ödəniləcək. Noyabr və dekabr aylarının borcları isə hissə-hissə veriləcək".
55 yaşlı mütəxəssis Topaz Premyer Liqanın növbəti turlarındakı rəqiblərindən danışıb:
"Ardıcıl olaraq "Neftçi", "Zirə" və "Qəbələ" komandaları ilə ağır oyunlarımız var. Xal qazanmaq üçün nə etməyin lazım olduğunu düşünürəm. Rəqiblər çox güclüdür. Lənkəranda qolsuz başa çatan oyunda qələbə qazana bilərdik. Ancaq demək olar ki, bəxtimiz gətirmədi".
Qeyd edək ki, "Rəvan" FİFA-nın sanksiyasından sonra 6 xalından məhrum olub. Hazırda klub Topaz Premyer Liqasında 7 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı