“Amma mən az qala Anatoli Banişevskinin bütün qohumlarını tanıyıram”
Azərbaycanın U-21 yığmasının məşqçisi Samir Ələkbərov “Antalya kuboku” yarışı ərəfəsində müsahibə verib. Müsahibəni təqdim edirik.
- Millimiz beynəlxalq turnir öncəsi özünü necə hiss edir?
- Bu turnir bizim üçün hazırlıq baxımından çox vacibdir. Uşaqları yoxlayacağıq. Xüsusi bir hədəfimiz yoxdur, əsas bu turnirdə iştirakdır. Amma bu, o demək deyil ki, bütün rəqiblərə uduzmalıyıq. Şübhəsiz ki, layiqli çıxış etməyə çalışacağıq.
- AÇ-nin seçmə mərhələsi çərçivəsində Rusiya üzərində qazanılan qələbədən (3:0) sonra komandada özünəinam artıb?
- Şübhəsiz ki, belə qələbə özünəinamı artırmaya bilməz. Həmin oyundan sonra uşaqlar hətta qrupdan çıxmaqdan dəm vururdular. Bütün bunlar hamısı özünəinamın nəticəsi idi. Baxmayaraq ki, bu, mümkünsüzdür.
- Martda baş tutacaq cavab matçında ruslara həmin qələbənin təsadüfi olmadığını isbatlaya biləcəyik?
- Düzünü deyim ki, qarşıdakı turnirdən daha çox Rusiya ilə səfər oyununu düşünürəm. Asan olmayacaq. Çünki rəqib bizə qarşı xüsusi motivasiya ilə oynayacaq.
- 1990-cı illərdə siz də futbol oynamısınız. İndi yaranan ciddi maliyyə problemlərindən sonra əksəriyyət belə düşünür ki, yenidən futbolçuların "pirojki" yediyi dönəmə qayıdırıq...
- Mən həmişə futbolçuların tərəfində olmuşam, onların daha çox qazanmasını istəmişəm. Amma yüngül desək, oyunçular son dövrlərə qədər aldıqları pullara layiq deyildilər. Amma hətta ciddi maliyyə problemlərinin yaşandığı indiki dövrdə də futbolçular bizim o vaxt qazandığımızdan daha çox pul alırlar.
- Ola bilər ki, bu vəziyyət futbolçularımızın ölkə xaricinə yollanmasına kömək etsin?
- Təbii ki, onlarda xarici çempionatlarda oynamaq arzusu yarana bilər. Bəlkə bundan sonra oynasınlar. Qoy nəyə qadir olduqlarını orada göstərsinlər. Futbolçularımız orada həm də layiq olduğu pulu alacaqlar.
- Deməli, futbolçularımıza nə qədər az pul verilsə, bir o qədər yaxşı oynayacaqlar?
- Əlbəttə. Birincisi, müqaviləsi 200 min, 300 min dollar olan futbolçularımız niyə oynamalıdır ki? Amma onlar burada real qiymətlərini alsaydılar, məcbur olacaqdılar ki, ölkə xaricinə üz tutsunlar. Bizim futbolçular asan pul qazanmağa qaçırlar.
- Bəs siz əminsiniz ki, 1990-cı illərdə belə imkan olsaydı, onlar kimi davranmazdınız?
- Arada çox böyük fərq var. Biz çox çətinlik görmüşük, amma indiki gənclər yox. Gənclərdən ibarət yığmanın üzvü məndən əvvəllər harada oynadığımı, çalışdığımı soruşursa, daha nə deyəsən? (gülür) Amma mən az qala Anatoli Banişevskinin bütün qohumlarını tanıyıram. Bu, sadə bir misaldır.
Mənbə: azerisport.az
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi