Bakının “Olimpik-Şüvəlan” klubu AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin qərarına etiraz edir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “təyyarəçilər” bununla bağlı yaydığı bəyanatda Unibank Premyer Liqasında “Xəzər-Lənkəran”la səfər oyununda hakimlərin cəzalanmamasından narazı qaldığını bildirib. “Olimpik-Şüvəlan” rəhbərliyi quruma ünvanladığı şikayətin təmin edilməməsinə üzülüb.
“AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin dünən keçirilən iclasında “Olimpik-Şüvəlan” PFK tərəfindən hakim Əfqan Həmzəyev barədə verilmiş şikayətə baxılıb. Təəssüf ki, komitə üzvləri yenə də şikayətimizi təmin etməyiblər. Bununla da, 10.12.2009-cu il tarixdə keçirilən “Xəzər-Lənkəran” - “Olimpik-Şüvəlan” matçında baş hakim Əfqan Həmzəyev və yan xətt hakimi Azər Məmmədov buraxdıqları kobud səhvlərə görə cəzasız qalıblar. Halbuki, 11.12.2009-cu il tarixdə bu məsələ bizim iştirakımızla Hakimlər Komitəsində müzakirə olunan və epizodlara baxılan zaman sözügedən matçın hakimlər briqadasının kobud səhvlərə yol verildiyi bildirilmişdi. Amma nədənsə komandamızın şikayəti rədd edildi” - deyə bəyanatda vurğulanıb.
Paytaxt təmsilçisi hakimlərdən narazı qaldıqları konkret məqamları göstərib: “Xəzər-Lənkəran”la oyununun 26-cı dəqiqəsində meydan sahiblərinin 20 nömrəli futbolçusu Denis Kalinkov komandamızın futbolçusu Tərlan Xəlilova qəsdən ayaqla zərbə endirmişdi. Bu hadisə laynsman Azər Məmmədovun gözləri önündə baş versə də, o, heç bir reaksiya verməmişdi. Əfqan Həmzəyev isə məsuliyyəti üzərinə götürərək, bizim qapıya doğru cərimə zərbəsi təyin etmiş və epizodun davamı qapımıza qol vurulması ilə nəticələnmişdi. Bu epizodda Denis Kalinkova qırmızı vərəqə vermək isə nədənsə Əfqan Həmzəyevin heç yadına da düşmədi”.
“Olimpik-Şüvəlan” adıçəkilən komitənin “Xəzər-Lənkəran”ın braziliyalı hücumçusu bağışlanmasından da narazıdır: “AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin üzvləri Əfqan Həmzəyevin buna görə cəzalandırmaq əvəzinə, əksinə onun qırmızı vərəqə verərək, meydandan qovduğu “Xəzər-Lənkəran”ın üzvü Mario Souzanın bağışlanması haqda qərar çıxarıb. Görəsən, “Xəzər-Lənkəran”ın şikayətlərinin müsbət həll olunması, indiki halda Mario Souzanın bağışlanması və Denis Kalinkovun cəzasız qalması nə ilə əlaqədardır? Halbuki, son turlarda klubumuz bir neçə dəfə öz narazılığını rəsmi şəkildə bildirsə də, bizim şikayətlərimiz həmişə qulaqardına vurulub. Son vaxtlar təkcə “Qəbələ” komandası az qala hər gün AFFA və PFL-ə şikayət dolu məktublar yazır, amma heç onlara baxan da yoxdur. Maraqlıdır, AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin klublara münasibətdə bü cür ikili standartdan çıxış etməsinin səbəbi nədir?”
Bu məsələdə sonadək mübarizə aparmaq fikrində olan “Olimpik-Şüvəlan” rəsmiləri UEFA-ya şikayət etməyi planlaşdırıblar: “Bunlara rəğmən, biz öz mənafeyimizi sonadək müdafiə etməkdə israrlıyıq. Ona görə də yaxın günlərdə UEFA-nın müvafiq qurumlarına müraciət etməyi və lazımı sənədləri göndərməyi qərara almışıq. Daha bir məqamı diqqətinizə çatdırmaq istəyirik. Çempionatın yayın hüququna yiyələnən AzTV-nin telekanallara təqdim etdiyi videogörüntülərdən də bu epizodlar çıxarılıb. Bu səbəbdən həmin epizodların futbol ictimaiyyətinə öz saytımız vasitəsi ilə təqdim etmək qərarına gəlmişik”.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı