Əkbər Hacıyev: "Ruhdan düşmək lazım deyil"

Əkbər Hacıyev: "Ruhdan düşmək lazım deyil"
PREMYER LİQA 18 Dekabr 2009 / 11:18 3863
-  A +

Dünən “Neftçi” klubunun bazasında “Neftçi” PFK-nın rəhbərliyinin iştirakı ilə klubdaxili toplantı olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantı Premyer Liqanın son iki turunun “Qəbələ” və “Muğan”la oyunlarında komandanın xal itirməsini müzakirə etmək, həmçinin klubdaxili nizam-intizamın yüksəldilməsi məqsədi daşıyıb. “Neftçi” PFK-nın prezidenti Əkbər Hacıyev toplantıda futbolçuları ruhdan düşməməyə çağırıb: “Neftçi” adına layiq çıxış etməlidir. Rəhbərlik tərəfindən futbolçular üçün hər cür şərait yaradılıb. Son iki oyunda itirilmiş xallara görə ruhdan düşmək lazım deyil. Əksinə, qarşıdakı görüşlərdə qələbə qazanaraq özünüzü doğrultmalısınız. “Neftçi”də nizam-intizam da, nəticə də yüksək olmalıdır”.

Son xəbərlər