Özil Almaniyanın ən yaxşı futbolçusu seçildi

Özil Almaniyanın ən yaxşı futbolçusu seçildi
DÜNYA FUTBOLU 14 Yanvar 2016 / 20:04 3926
-  A +

Almaniya millisində 2015-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.Az-ın Almaniya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil ötən ilin ən yaxşısı seçilib. O, səslərin 45.9 faizini toplayıb. Tomas Müller ikinci (15.9), Yonas Hektor (13.6) üçüncü olub.

Qeyd edək ki, M.Özil son beş ildə dördüncü dəfə bu mükafatı qazanıb.


Son xəbərlər