Futboldan 8 il müddətinə uzaqlaşdırılan Mişel Platini FİFA prezidentliyinə namizədlikdən rəsmən imtina edib.
Qol.Az-ın "L'Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Platininin özü açıqlama verib.
Rüşvət qalmaqalına görə cəzalandırılan UEFA-nın sabiq prezidenti bundan sonra əsas diqqətini cəzadan xilas olmağına yönəldəcəyini bildirib:
"Artıq FİFA prezidentliyinə namizəd deyiləm. Bundan sonra əsas diqqətimi müdafiəmə yönəldəcəm. Blatter FİFA prezidentliyindən istefa verdikdən sonra 150 federasiyadan dəstək aldım. Lakin artıq motivasiyam qalmadı. İşlər heç də yaxşı görünmür. Hər zaman mübarizə apardım, ancaq mənə rəqabət şansı verilmədi".
Qeyd edək ki, FİFA Etik Komitəsinin qərarına əsasən Platini 8 il müddətinə futboldan kənarlaşdırılıb. FİFA prezidentliyinə seçkilər bu il, fevralın 26-da Sürixdə keçiriləcək.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi