Osvaldo Junior: “Qolumu Mario Souzaya həsr edirəm”

Osvaldo Junior: “Qolumu Mario Souzaya həsr edirəm”
ÖLKƏ FUTBOLU 14 Dekabr 2009 / 11:38 2657
-  A +

“Çətin oyun olacağını bilirdik. “Turan”ı yaxşı tanıyırıq. Bilirdik ki, tovuzlular öz meydanında bir çox rəqiblərinə qarşı layiqli müqavimət göstərirlər”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Osvaldo Junior dünən “Turan”a qarşı keçirilən oyun haqda danışarkən deyib. Braziliyalı oyunçu da meydançanın bərbad vəziyyətindən gileylənib: “Meydançanın pis vəziyyətdə olması oyunumuza təsir göstərdi. Bizdən fərqli olaraq “Turan” bu cür qazona öyrəşib.  Təbii ki, qol vurduğuma görə çox sevinirəm. Cari mövsümdəki ilk qolumu komanda yoldaşım, cəzalı olduğuna görə bu görüşü buraxan Mario Souzaya həsr edirəm. Fərqlənəndən sonra onu tribunada axtarsam da, tapa bilmədim”.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi