Böyük Britaniyanın Baş naziri Devid Kemeron portuqaliyalı Joze Mourinyonun “Çelsi” futbol klubunun baş məşqçisi vəzifəsini tərk etməsinə münasibət bildirib.
"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, Kemeron qeyd edib ki, Britaniya iqtisadiyyatında yüzminlərlə yeni iş vakansiyası mövcuddur.
O qeyd edib ki, kimsə işini itirəndə hökümət başçısı hər zaman məyus olur. "Lakin qeyd etməliyəm ki, Böyük Britaniya iqtisadiyyatında 740 min vakansiya var", - deyə Kemeron vurğulayıb.
Xatırladaq ki, 2013-cü ilin yayında “Çelsi”yə qayıdan Joze Mourinyo komanda ilə 4 illik müqavilə bağlamışdı. İlk mövsümdə klub İngiltərə çempionatında 52 yaşlı mütəxəssisin rəhbərliyi ilə üçüncü yeri tutmuş, ötən mövsümdə ölkə çempionu olmuşdu. Ümumilikdə isə Mourinyonun rəhbərliyi ilə London klubu üç dəfə çempion kürsüsünə qalxıb.
Amma bu mövsümdə “Çelsi”nin tarixində ən pis göstərici qeydə alınıb. Doqquz oyunda məğlubiyyətə uğrayan londonlular 16 turdan sonra 15 xalla turnir cədvəlində 16-cı yeri tuturlar. Klubu təhlükəli zonadan cəmi bir xal ayırır.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli