"Bakı" dördüncü pilləyə yüksəldi, "Neftçi" "altılıq"dan kənarda qaldı

"Bakı" dördüncü pilləyə yüksəldi, "Neftçi" "altılıq"dan kənarda qaldı
ÖLKƏ FUTBOLU 13 Dekabr 2009 / 19:54 5626
-  A +

Bu gün Unibank Premyer Liqada XV turun oyunları keçirildi. Qol.Az saat 14:00-dan etibarən XV turun qarşılaşmalarından canlı-mətn reportaj yayımladı.

13 dekabr (bazar)

"Simurq" - "Bakı" 1:2 
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Əfqan Həmzəyev, Azər Məmmədov, Roman Vasilyev, Azad Mütəllimov

"Simurq": Vitali Postranski, Teymuraz Qonqadze, Aleksandr Malıgin (k), Sergey Sokolov, Kaxaber Çxetiani, Ruslan Qunçak, Yuri Bulıçov, Gennadi Solonitsin, Sergey Artyux, Elşən Məmmədov, Nikolay Petrov  

"Bakı": Marko Şarliya, Cəmşid Məhərrəmov, Aleksandr Tamaş, Stevan Bates, Elvin Əliyev, Aleksandar Şoliç, Vadim Borets, Bəxtiyar Soltanov, Fabio Luis Ramim, Əhməd Ticani, Jaba Karvalyo

"Bakı" bu qələbə sayəsində turnir cədvəlində dördüncü pilləyə yüksəldi.  

90+4. "Bakı"da sonuncun dəyişiklik. Mahmud Qurbanov Aleksandr Soliçi əvəzləyir.

90. Şarliya vaxtı uzatdığına görə sarı vərəqəylə cəzalandı.

89. Qunçakın zərbəsi qeyri-dəqiq alındı.

88. Petrov şansını boşa verdi.

87. Qunçakın 25 metrdən zərbəsi qapının üstündən keçdi.

84. Əhməd Ticanini Mihay Pank əvəzlədi.

81. Bolkvadzenin başla zərbəsi Şarlida qaldı.

79. "Bakı"da Jabanın əvəzinə meydana Georgi Adamiya dxil olur.

78. Kaxaber Çxetianini Tural Cəlilov əvəzlədi.

77. Elşən Məmmədovun zərbəsini Şarliya dəf etdi.

76. Şarliya çıxışda səhvə yol versə də, Sokolov "çərçivə"yə düşəm bilmədi.

70. "Simurq"da Artyuxu Bolkvadze əvəzlədi.

69. "Bakı" qoldan sonra da hücumlarını davam etdirir.

65. QOLLLL. "Bakı" ikinci qolu vurdu. Soliç sol cinahdan cərimə meydançasına daxil olub, qapını dəqiq nişan aldı.

63. Qonqadze sarı vərəqəylə cəzalandı

62. "Simurq"un müdafiəçiləri Cəmşid Məhərrəmovun təhlükəli ötürməsinin qarşısını aldılar.   

55. "Simurq"un hücumunun qarşısını Bates aldı.

52. Ticaninin başla zərbəsini "Simurq"un qapıçısı tutdu.

50. Solonitsinin zərbəsi qapıdan aralı keçdi.

47. İkinci hissəyə də "Bakı" fəal başlayıb. Soliçin zərbəsini Postranski qaytardı.

İkinci hissə başladı.

"Bakı"nın baş məşqçisi Bülənt Qorxmaz meydana daxil olaraq, hakimə etiraz edir.

Birinci hissə başa çatdı. 

45. QOL. Qunçak şansını boşa vermədi - 1:1.

44. Əfqan Həmzəyev "Xəzər Lənkəran"la oyunda olduğu kimi bu dəfə də "Bakı"nın qapısına penalti təyin etdi.

40 Tamaş sarı vərəqəylə cəzalandı.

38. Qunçakın zərbəsini müdafiəçilər küncı çıxardılar.

35. Bulıçev əlverişli şansı boşa verdi.

31. Malıgin sarı vərəqəylə cəzalandı.

30. Elşən  Məmmədovun başla zərbəsi zəif alındı.

26. "Bakı" ardıcıl iki künc zərbəsi yerinə yetirsə də, hesabı dəyişmək mümkün olmadı.

21. "Simurq" cərimə zərbəsi yerinə yetirsə də, "Bakı"nın müdafiəçiləri topu uzaqlaşdırdılar.

17. Qunçakın zərbəsi ... Şarliya yenə də keçirlməzdir.

15. Şarliya bu dəfə də Solonitsinin sevinməsinə imkan vermədi.  

14. Çxetianinin cərimə zərbəsi təhlükəli alınsa da. Şarliya yerindədir.

12. Jaba sarı vərəqəylə cəzalandı.

11. Soliçin zərbəsini Postranski dəf etdi.

9. Künc zərbəsindən ötürülən topu Sokolov başla qapıya göndərsə də, top "çərçivə"yə düşmədi.

7. Petrov sarı vərəqəylə cəzalandı.

6. Petrovun qapı qarşısına göndərdiyi topa toxunan olmadı.

4. QOLLL. "Bakı" hesabı açdı. Fabio Luis Ramim müdafiəçilərdən geri dönən topu qapıya göndərdi.

1. Qapıya ilk zərbəni Fabio Luis Ramim yerinə yetirdi. Postranski yerindədir.

Oyun başladı.  

                                        ***

Bu gün "Simurq"a qalib gələcəyi halda, "Bakı" cari mövsümdə ilk dəfə olaraq turnir cədvəlində dördüncü pilləyə yüksələcək.

 

"Olimpik-Şüvəlan" - "İnter" 0:1 
"Şəfa" stadionu
Hakimlər: Elnur Muradov, İlham Əliyev, Azər Əsgərov, Ceyhun Haşımov

Oyun  başa çatdı.

90. "İnter"in qapıçısı Vilson vaxtı uzatdığına görə sarı vərəqəylə cəzalandı.  

89. İbekoyinin zərbəsində azacıq dəqiqlik çatışmadı.

88. "İnter"də Anhel Qutyerresi Rövşən Əmiraslanov əvəzlədi.

84. Karlsons özünün və komandasının ikinci qolunu vurmağa çox yaxın idi. Lakin onun başla zərbəsi qapının üstnüdən keçdi.

79. Kamaranın zərbəsi təhlükəli alındı.  

74. "Olimpik-Şüvəlan"ın heyətində daha bir dəyişiklik. Endər Güllünü Vasif Haqverdiyev əvəzlədi.

69. İbekoyinin zərbəsi qapıdan aralı keçdi.

64. Qutyerresin zərbəsi təhlükəli alındı.

61. Roşa qapıçıyla təkbətək qalsa da, Elşən Poladov ona fərqlənmək imkanı vermədi.

60. "İnter"də Aleksandr Çertoqanov Petar Zlatinovu əvəzlədi.

55. "Olimpik-Şüvəlan"da dəyişiklik. Anatoli Doroşu İlqar Qurbanov əvəzlədi.

52. Zlatinov sarı vərəqəylə cəzalandı.

51. "İnter"in müdafiəçiləri Kviriteyanın zərbə vurmasına imkan vermədilər.

47. QOL. "İnter" hesabı açdı. Girts Karlsons hesabı açdı.  

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

45. Rubinsin zərbəsinin qarşısını müdafiəçilər aldılar.

41. Mahir Şükürovun yerinə yetirdiyi cərimə zərbəsi yan tərəfdən tora dəydi.

39. Bu dəfə də Kamara sarı vərəqəylə cəzalandı.  

38. Rubins cərimə meydançasında 3 futbolçudan sıyrılsa da, son anda Dos Santos onun qarşısını kəsdi.

34. "İnter"dən Vladimir Levin sarı vərəqəylə cəzalandı.  

27. İbekoyinin zərbəsi qapıdan aralı keçdi. Yan xətt hakimi də bayrağını qaldıraraq, oyundankənar vəziyyət qeydə aldı.

20. "İnter"də dəyişiklik. Kaxaber Mjvanadze zədələndiyindən, oyunu davam etdirə bilmədi. Onu Xəyal Mustafayev əvəzlədi.

19. "Olimpik-Şüvəlan" hesabı açmağa çox yaxın idi. Lakin İbekoyinin zərbəsində azacıq dəqiqlik çatışmadı.  

13. Bolqar futbolçunun növbəti zərbəsini Elşən poladov dəf etdi. Geri qayıdan topu isə Qutyerres qapıya göndərə bilmədi.

12. Zlatinovun zərbəsi qapının yanından keçdi.

8. Doroşun zərbəsini Vilson çətinlik çəkmədən tutdu.

5. Oyun qarşılıqlı hücumlarla başlayıb.  

Oyun başladı.

 

"Standard" - "Qarabağ" 0:1
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Hakimlər: Zöhrab Əliyev, Munis Abdullayev, Ruslan Babayev, Ramil Diniyev

Oyun başa çatdı.  

90+4. Son dəqiqədə "Standard" cərimə zərbəsi yerinə yetirdi. Hətta qapıçı Anar Nəzirov da irəli gəlmişdi. Lakin qapıya doru endirilən zərbəni Fərhad Vəliyev tuta bildi.

90+2. "Qarabağ" ikinci qolu vurmağa çox yaxın idi. Lakin Elvin Məmmədovun zərbəsi qapı tirinə tuş gəldi.

88. "Qarabağ"da Əfran İsmayılovu Rauf Əliyev əvəzlədi.

86. Fərid Quliyevin başla zərbəsi qapıdan az fərqlə aralı keçdi.

19 yaşı olan Emin Mustafayev "Qarabağ"ın heyətində debüt edir.

82. "Qarabağ"da daha bir dəyişiklik. Emin İmaməliyevin əvəzinə Emin Musatafayev daxil olur.   

78. Vaqif Cavadovun zərbəsi qeyri-dəqiq alındı.

76. "Standard"da meydana Vasif Əliyev daxil oldu.

73. Son dəqiqələrdə oyun qarşılıqlı hücumlar şəraitində keçir.

66. "Standard" hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin Samir Zərgərov iki metrdən topu qapıya göndərə bilmədi.

65. "Qarabağ"da Vüqar Nadirovu Elvin Məmmədov əvəzlədi.

62. "Qarabağ" ikincin qolu vura bilərdi. Lakin Vaqif Cavadovun zərbəsindən sonra Ramin Quliyev topu boş qapıdan çıxardl.  

58. "Standard"da ikinci dəyişiklik. Murad Ağakişiyevi Samir Zərgərov əvəzlədi.

55. QOL. "Qarabağ" hesabı açdı. Əfran İsamyılov cari mövsümdə üçüncü qolunu vurdu.

46. "Standard"da dəyişiklik. Aqil Məmmədovu Riçard Rikelme əvəzlədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45. "Qarabağ"ın müdafiəçiləri cərimə meydançasında Fərid Quliyevə qapıya zərbə vurmaq imkanı vermədilər.  

36. Zaur Həşimovun uzaqdan qüvvətli zərbəsinin qarşısını müdafiəçi aldı.

28. İlk sarı vərəqə "Standard"dan Natiq Ələkbərova göstərildi.

26. Vaqif Cavadovun zərbəsi qapı dirəyinə dəydi.

25. Əfran cərimə meydançasında iki rəqibindən sıyrılsa da, müdafiəçilər son anda ona mane odlular.

24. Seturidzenin asması təhlükəlim olsa da, Fərhad Vəliyev Fərid Quliyevə fərqlənmək şansı vermədi.

15. Vaqif Cavadov künc zərbəsindən topu birbaşa qapıya göndərsə də, son anda Ramal Hüseynov qola imkan vermədi.

12. "Qarabağ"ın hücumu təhükəli alınadı. Lakin müdafiəçilər Əfran İsmayılova zərbə vurmağa imkan vermədilər.

9. "Standard"ın hücumu zamanı top cərimə meydançasının daxilində "Qarabağ"ın oyunçusunun əlinə dəysə də, referinin fiti susdu.

7. Zaur Həşimovun zərbəsi qapının yanından keçdi.

4. İlk dəqiqələrdən "Qarabağ" fəaldır.  

Oyun başladı.

                                               ***

"Qarabağ"da Rəşad Sadıqov, Rəşad Sadiqov və Elvin Məmmədov start heyətində yer almayıb.  

 

"Muğan" - "Neftçi" 2:2
Salyan Olimpiya Kompleksinin stadionu
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Mübariz Haşımov, Əmrah İbrahimov

Oyun başa çatdı.  

86. QOL. Marian Aliuta hesabı bərabərləşdirdi.  

82. "Neftçi" məğlubiyyətdən yaxa qurtarmaq üçün bütün komandayla irəli atılıb.

71. "Muğan" azlıqda qaldı. Tagim Novruzov ikincin sarı vərəqəsini alaraq, meydandan kənarlaşdırıldı.  

66. QOL. Hodziç "Muğan"ı hesabda önə keçirdi.

60. Valentin Atem şansını boşa verdi.

52. "Muğan" hesabda önə keçməyə yaxın idi. Lakin Vüsal Hüseynov qapıçıyla təkbətəkdən yararlana bilmədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

38. QOL. "Muğan" hesabı bərabərləşdirdi. Adiloviç fərqləndi.

27. Qoldan sonra oyunun tempi bir qədər aşağı düşüb.

14. QOL. "Neftçi" hesabı açdı. Adrian Nyaqa penaltini qola çevirdi.

10. Oyuna "Neftçi" fəal başlayıb.   

Oyun başladı.

 

"Qəbələ" - "Karvan" 1:0 
Qəbələ şəhər stadionu, süni meydança
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, İsgəndər Əliyev, Elvin Əsgərov

Oyun başa çatdı.  

84. Son dəqiqələrdə "Karvan" fəallaşıb. "Qəbələ" isə əksinə, geri çəkilərək, rəqibi əks hücumda yaxalamağa çalışır.

70. "QəbəlƏ" hücumlarını davam etdirir.

59. Hakim eyni anda iki futbolçuya qırmızı vərəqə göstərdi. "Karvan"dan Emin Cəfərquliyev, "Qəbələ"dən isə Tomaş Stolpa meydandan kənarlaşdırıldı.

55. İkinci hissədə də üstünlük meydan sahiblərini tərəfindədir.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

31. QOL. "Qəbələ" hesabı açdı. Razvan Tarlea topu qapıdan keçirdi.

20. "QəbəlƏ" hücumlarını davam etdirir.

15. "Qəbələ" oyuna tam nəzarət edir. Lakin meydan sahibləri hələ ki rəqibin müdafiəsini yarmaqda çətinlik çəkilər.  

9. İlk dəqiqələrdən üstünlük meydan sahiblərinin tərəfindədir.

Oyun başladı.

 

"Turan" - "Xəzər Lənkəran" 1:2
Tovuz şəhər stadionu
Hakimlər: Rasim Məmmədov, Ramiz Əsədov, Elşən Durmuşov, Hacıəli Ağayev
 

Oyun başa çatdı.

82. "Turan" hesabı bərabərləçdirmək üçün demək olar ki, bütün komandaya hücum edir.

75. Sevtkov üçüncü qolu vura bilərdi. Lakin zərbəsi qeyri-dəqiq alındı.

69. "Turan" üstünlüyü ələ alıb.

63. QOL. "Turan"ın sevinci cəmi bir dəqiqə çəkdi. Svetkov tovuzluları yenidən oyuna meydanın mərkəzidən başlamağa məcbur etdi.

62. QOL. "Turan" hesabı bərabərləşdirdi. Ruslan Abbasov fərqləndi.

53. QOL. "Xəzər Lənkəran" hesabı açdı. Junior Osvaldo fərqləndi.

51. Samir Musayevin başla zərbəsi qapının üstündən keçdi.

46. "Xəzər Lənkəran" ikinci hissəyə fəal başladı. Lakin "Turan"ın qapıçısı Lalinin zərbəsini dəf etdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

38. "Turan"ın növbəti təhlükəli hücumu. Lakin Sayko bu dəfə də "çərçivə"yə düşə bilmədi.

25. "Xəzər Lənkəran"dan Osvaldo Juniorun zərbəsi təhlükəli alındı.

23. "Turan"dan Saykonun zərbəsi qapının yanından keçdi.

11. Oyun sakit tempdə başlayıb. Mübarizə əsasən meydanın mərkəzində keçirilir.

Oyun başladı.

 

TURNİR CƏDVƏLİ 

1

"Qarabağ"

15

10

3

2

16-8

33

2

"İnter"

15

9

3

3

26-15

30

3

“Xəzər Lənkəran”

15

8

5

2

21-9

29

4

"Bakı

15

8

2

16-14

26

5

"Qəbələ"

15

7

19-16

26

6

"Simurq”

15

7

3

18-13

26

7

"Neftçi”

15

7

4

4

16-12

25

8

"Olimpik-Şüvəlan”

15

4

4

7

16-18

16

9

"Muğan”

15

3

4

10-21

13

10

"Turan "

15

3

3

9

18-23

12

11

"Standard”

15

1

3

11

13-26

6

12

"Karvan”

15

1

3

11

10-24

6

 


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi