Zidan: "Real"ı çalışdırmağa hazır deyiləm"

Zidan: "Real"ı çalışdırmağa hazır deyiləm"
DÜNYA FUTBOLU 23 Noyabr 2015 / 11:10 5890
-  A +

"Real"ın ikinci komandası "Kastila"nın baş məşqçisi Zinəddin Zidan əsas komandanı çalışdıracağı haqda iddialara münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, əsas komandada baş məşçqi vəzifəsində işləməyə hazır olmadığını deyib:

"Benites əsas komandanı çalışdırır, mən isə "Kastilya"nı. İşlərim yaxşı gedir. Kiçik adddımlarla irəliləyirəm. Hər hansı bir iş üçün tələsmək istəmirəm. Əsas komandanı çalışdırmağa hazır deyiləm".


Qarabağ FK
Son xəbərlər
topaz banner