Dünən keçirilən 9 oyunla "Avro-2016"nın seçmə mərhələsində 9-cu tura yekun vurulub.
Qol.Az-ın məlumatına görə, həmin oyunlardan sonra 12 komandanın Avropa çempionatının final mərhələsində oynayacağı rəsmiləşib.
Bakıda millimizə 3:1 hesabı ilə qalib gələn İtaliya millisi sona bir tur qalmış "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanıb. B qrupunda isə Belçika və Uels yığmaları da "Avro-2016"nın final mərhələsində oynamaq hüququ əldə edib.
Digər 12 komandanın kimliyinə seçmə mərhələnin son turundan sonra aydınlıq gələcək. Bu 12 komandadan 7-i seçmə mərhələni 1-2 pillələrdə başa vuracaq yığmalar olacaq. Digər bir komanda isə ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək. Avropa çempionatının final mərhələsinin son 4 iştirakçısı isə noyabr ayında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən 12 komanda bunlardır: Fransa (ev sahibi), İngiltərə, Çexiya, İslandiya, Avstriya, Portuqaliya, Şimali İrlandiya, İspaniya, İsveçrə, İtaliya, Uels və Belçika yığmalarıdır.
Qeyd edək ki, gələn il Fransa keçiriləcək Avropa çempionatının final mərhələsində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil
Mövsümün ən çox izlənən matçı
"Səbail"in məşqçisinə və futbolçularına cəza
"Borussiya" Türkiyə millisinin üzvünü göndərdi
"Şamaxı" 5 futbolçu ilə vidalaşdı