Bu həftə "Avro-2016"nın seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Qol.Az-ın məlumatına görə, seçmə mərhələnin sonuna iki tur qalmış yalnız 4 komanda Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edib.
Bunlar A qrupunda İslandiya və Çexiya, E qrupunda İngiltərə və G qrupunda Avstriya yığmalarıdır. Hər 4 komanda sona iki tur qalmış Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
Digər 15 komandanın kimliyinə seçmə mərhələnin növbəti iki turundan sonra aydınlıq gələcək. Bu 15 komandadan 14-ü seçmə mərhələni 1-2 pillələrdə başa vuracaq yığmalar olacaq. Digər bir komanda isə ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək. Avropa çempionatının final mərhələsinin son 4 iştirakçısı noyabr ayında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
A qrupunda İslandiya və Çexiya artıq "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanıb. Üçüncü pillədə qərarlaşan Türkiyə yığması da final mərhələsinə qatılmaq şanslarını saxlayır. Pley-off matçlarında oynamaq hüququna yiyələnmək üçün Fatih Terimin komandası Çexiya və İslandiya ilə görüşlərdə ən azı 4 xal qazanmalıdır. Dördüncü pillənin sahibi Hollandiya millisi isə Qazaxıstan və Çexiya ilə matçlarda qələbə qazanmaqla yanaşı, Türkiyənin xal itirməsinə ümid etməlidir.
B qrupunda Uels və Belçika yığmaları Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmağa çox yaxındır. Bunun üçün Uels Bosniya və Hersoqovina, Belçika isə Andorra ilə görüşlərdə qələbə qazanmalıdır. Üçüncü pillə uğrunda mübarizə İsrail və Bosniya və Hersoqovina milli komandaları arasında gedir. İsrail yığması Kipr və Belçika ilə oyunlarda qələbə qazanacağı təqdirdə üçüncü pillənin sahibi kimi pley-off matçlarında oynamaq hüququ əldə edəcək. Nəzəri də olsa, Kipr yığmasının da üçüncü pilləni tutmaq şansı var. Bunun üçün Kipr millisi qarşıdakı iki görüşdə yalnız qələbə qazanmalıdır.
C qrupunda ilk üç pillənin sahibləri müəyyənləşib. İspaniya, Slovakiya və Ukrayna yığmaları müvafiq olaraq birinci, ikinci və üçüncü pillələrdə qərarlaşıb. Lakin bu üç komandadan hansıların birbaşa Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacağı məlum deyil. İspaniya millisi evdə Lüksemburqa qalib gələcəyi təqdirdə "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanacaq. Slovakiya isə öz meydanında Belarusu məğlub etməklə məqsədlərinə bir qədər də yaxınlaşacaq. Ukrayna yığması seçmə mərhələni ən azı üçüncü pillədə başa vuracağı halda, pley-off oyunlarına qatılacaq. Lakin ukranlar ən yaxşı qrup üçüncüsü kimi də final mərhələsinə vəsiqə qazana bilərlər.
D qrupunda Almaniya və Polşa yığmalarının "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanmaq şansları yüksək göstərilir. Lakin üçüncü pillədə qərarlaşan İrlandiya millisinin də final mərhələsinə birbaşa getmək şansı var. Bunun üçün irlandlar evdə Almaniyanı, səfərdə isə Polşanı məğlub etməlidir. Turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan Şotlandiya yığması üçüncü pillənin sahibi üçün pley-off görüşlərinə qatıla bilər. Bunun üçün şotlandlar evdə Polşanı, səfərdə isə Cəbəllütariqi məğlub etməklə yanaşı, İrlandiyanın büdrəməsini gözləməlidir.
E qrupunda İngiltərə millisi seçmə mərhələnin sonuna iki tur qalmış "Avro-2016"nın final mərhələsinə vəsiqəni təmin edib. Digər vəsiqə uğrunda mübarizə İsveçrə, Sloveniya və Estoniya komandaları arasında gedəcək. Digər iki komanda ilə yanaşı, estonlar şansı daha az göstərilir. Çünki Estoniyanın növbəti iki oyunda səfərdə İngiltərəni, evdə isə İsveçrəni məğlub edəcəyi inandırıcı görünmür. Bununla belə, estonlar pley-off oyunlarına vəsiqə verən üçüncü pillə uğrunda mübarizə apara bilərlər. Hazırda ikinci pillədə qərarlaşan İsveçrə millisi isə qarşıdakı iki oyunda ən azı 4 xal qazanacağı təqdirdə İngiltərənin ardından "Avro-2016"nın final mərhələsinə birbaşa vəsiqə qazanan ikinci komanda olacaq.
F qrupunda lider Şimali İrlandiya millisi tarix yazmağa çox yaxındır. Britaniya təmsilçisi evdə Yunanıstana qalib gələcəyi təqdirdə tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. İkinci pillənin sahibi Rumıniya yığması isə qarşıdakı iki görüşdə ən azı 4 xal qazanarsa, növbəti dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək. Rumıniyadan üç xal geri qalan Macarıstan yığmasının da birbaşa "Avro-2016"nın final mərhələsinə getmək şansı var. Bunun üçün macarlar evdə Farer adalarına, səfərdə isə Yunanıstana qalib gəlməklə yanaşı, rumınların xal itirməsinə ümid bəsləməlidirlər. Dördüncü pillədə qərarlaşan Finlandiya millisi pley-off oyunlarına qatılmaq üçün turnir cədvəlində Macarıstan yığmasını keçməyə çalışacaq.
G qrupunda ilk pillənin sahibi artıq məlumdur. Keçirdiyi 8 oyunda 7 qələbə və 1 heç-heçə edən Avstriya yığması 22 xalla "Avro-2016"nın final mərhələsinə birbaşa vəsiqə qazanıb. İkinci vəsiqə uğrunda Rusiya, İsveç və Monteneqro yığmaları mübarizə aparır. Hazırda 14 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan rusların taleyi öz əllərindədir. Leonid Slutskinin komandası səfərdə Moldova və evdə Monteneqroya qalib gələrsə, Avstriyanın ardından "Avro-2016"nın final mərhələsində oynamaq hüququ əldə edəcək. Seçmə mərhələnin son iki turunda Rusiya və Avstriyaya uduzmaqla işini çətinə salan İsveç millisi də ən azı üçüncü pilləni tutaraq pley-off oyunlarına qalmağa çalışacaq. Üçüncü pilləni tutmaq uğrunda İsveçlə Monteneqro yığması mübarizə aparır.
H qrupuna başçılıq edən İtaliya millisi "Avro-2016"nın final mərhələsinin bir addımlığındadır. Bunun üçün Antonio Kontenin komandası Bakıda millimizə qalib gəlməlidir. Seçmə mərhələnin son iki turunda qələbə qazanmaqla turnir cədvəlinin ikinci pilləsinə yüksələn Norveç yığması "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanmaq iddiasını davam etdirir. Skandinaviya təmsilçisi Malta və İtaliyaya qalib gəlməklə Fransada keçiriləcək Avropa çempionatında iştirak etmək hüququ əldə edəcək. Bakıda millimizlə 0:0 bərabərə qalan və Norveçə 0:2 hesabı ilə uduzan Xorvatiya yığmasını qarşıdakı iki görüşdə yalnız qələbə qane edəcək. Lakin xorvatların "Avro-2016"nın final mərhələsinə birbaşa vəsiqə qazanmaları üçün İtaliya və Bolqarıstan yığmalarından biri qarşıdakı iki görüşdə xal itkisi ilə üzləşməlidir.
İ qrupunda "Avro-2016"nın final mərhələsinə iki komanda birbaşa vəsiqə qazanacaq. İlk iki pilləni tutmaq uğrunda Portuqaliya, Danimarka və Albaniya yığmaları arasında gərgin mübarizə gedəcək. "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də şərəfini qoruduğu Albaniya yığması hazırda 11 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Lakin albanlar ikinci pillədəli Danimarkadan bir oyun az keçiriblər. Albaniya yığması öz meydanında Serbiyaya, səfərdə isə Ermənistana qalib gəlməklə tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazana bilər.
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər