Kaxaber Sxadadze Rusiya ordusuna çağırıldı (FOTO)

Kaxaber Sxadadze Rusiya ordusuna çağırıldı (FOTO)
DÜNYA FUTBOLU 7 Oktyabr 2015 / 01:00 9853
-  A +

Bakı “İnter”in sabiq baş məşqçisi, hazırda Gürcüstan milli komandasını çalışdıran Kaxaber Sxadadzeyə hərbi çağırış vərəqəsi gəlib.

Qol.Az-ın “Sovetskiy Sport”a istinadən yaydığı xəbərə görə, 47 yaşlı mütəxəssis Rusiya Silahlı Qüvvələri tərəfindən orduya çağırılıb.

Çağırış vərəqəsi Kaxaber Sxadadzenin 2000-ci ildə Rusiyada yaşadığı evə göndərilib. Çağırış vərəqəsində Sxadadzenin Rusiyaya getməli və hərbi qeydiyyat məlumatlarını dəqiqləşdirməli olduğu bildirilir.

Qeyd edək ki, Gürcüstan millisi oktyabrın 8-də Cəbəllütariq yığması ilə qarşılaşacaq.








Son xəbərlər