Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Günün ilə matçı Gürcüstanda keçirilib. Burada yerli "Dila" klubu Serbiya çempionu "Partizan"ı qəbul edib. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan "Dila" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin görüşdən 2:0 hesabı ilə qalib ayrılan “Partizan” növbəti mərhələyə yüksəlib.
Digər oyunlarda "Milsami" öz meydanında "Ludoqorets"i qəbul edib. İlk oyunda rəqibinə qalib gələn Moldova klubu bu qarşılaşmadan da qalib ayrılıb (2:1) və mərhələni keçib.
"Makkabi" (Təl-Əviv) özmeydanında "Hibernians"ı 5:1 hesabı ilə üstələyərək III təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Malmö" “Jalgiris" minimal hesabla məğlub edib – 1:0. İsveç çempionu bu qələbə ilə mərhələni adlayıb. "Vardar" – APOEL matçında 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu nəticə Kipr klubuna sərf edib.
Günün son qarşılaşmasında "Kruzaders" (Şimali İrlandiya) "Skenderbeu"nu (Albaniya) qəbul edib. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatsa da, ilk görüşdə 4:1 hesabı ilə qalib gələn Albaniya çempionu mərhələni adlayan tərəf olub.
21 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunları
22:30. "Makkabi" (Təl-Əviv, İsrail) - "Hibernians" (Malta) - 5:1
Qol: Jorginyo, 32-avtoqol (1:0), , Soares, 52 (1:1), Zehavi, 58 (2:1), Ben Haym, 61 (3:1),İqiebor, 82 (4:1), Zehavi, 90 (5:1)
İlk oyun - 1:2
23:00. "Linkoln" (Cəbəllürariq) - "Mitdilland" (Danimarka) - 0:2
Qol: Pusik, 44 (0:1), Duelund, 89 (0:2)
İlk oyun - 0:1
23:00. "Vardar" (Makedoniya) - APOEL (Kipr) - 1:1
Qol: Vinsenti, 60 (0:1), Lyamcevski, 84 (1:1)
İlk oyun - 0:0
23:10. "Jalgiris" (Litva) - "Malmö" (İsveç) - 0:1
Qol: Tinnerholm, 55 (0:1)
İlk oyun - 0:0
23:45. "Kruzaders" (Şimali İrlandiya) - "Skenderbeu" (Albaniya) - 3:2
Qollar: Oflun, 50 (1:0), Berişa, 69 (1:1), Latifi, 77 (1:2), Snoddi, 90+2, (2:2), Mitşel, 90+3 (3:2)
İlk oyun - 1:4
17:30. "Dila" (Gürcüstan) - "Partizan" (Serbiya) - 0:2
Qollar: Brasanaç, 37 (0:1), Oumarou, 64 (0:2)
İlk oyun - 0:1
19:00. "Pünik" (Ermənistan) - "Molde" (Norveç) - 1:0
Qol: Badoyan, 75 (1:0)
İlk oyun - 0:5
20:00. "Milsami" (Moldova) - "Ludoqorets" (Bolqarıstan) - 2:1
Qollar: Vanderson, 25 (0:1), Androniç, 26 (1:1), Raku, 89 (2:1)
İlk oyun - 1:0
21:00. HİK (Finlandiya) - "Ventspils" (Latviya) - 1:0
Qollar: Havenaar, 83 (1:0)
İlk oyun - 3:1
22 iyul
19:00. "Astana" (Qazaxıstan) - "Maribor" (Sloveniya)
İlk oyun - 0:1
23:00. "Fola" (Lüksemburq) - "Dinamo" (Zaqreb, Xorvatiya)
İlk oyun - 1:1
23:30. "Styaua" (Rumıniya) - "Trençin" (Slovakiya)
İlk oyun - 2:0
23:30. "Videoton" (Macarıstan) - TNS (Uels)
İlk oyun - 1:0
23:45. "Dandalk" (İrlandiya) - BATE (Belarus)
İlk oyun - 1:2
23:45. "Lex" (Polşa) - "Sarayevo" (Bosniya və Herseqovina)
İlk oyun - 2:0
23:45. "Rudar" (Monteneqro) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:0
00:15. "Styarnan" (İslandiya) - "Seltik" (Şotlandiya)
İlk oyun - 0:2
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel