"Böyük oyun"da qalib olmadı

"Böyük oyun"da qalib olmadı
PREMYER LİQA 8 Noyabr 2009 / 18:33 6899
-  A +

Dünən keçirilən 3 oyunla Unibank Premyer Liqada X tura start verildi. Qol.Az bu gün saat 14:00-dan etibarən X turun ikinci oyun gününün qarşılaşmalarından canlı-mətn reportaj yayımladı.

8 noyabr (bazar)

"Xəzər-Lənkəran" - "Neftçi" 0:0

Lənkəran şəhər mərkəzi stadionu
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Məmmədov, Zöhrab Əliyev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov

Matç bitdi.

74. "Neftçi" müdafiə olunaraq, əks hücumlara bel bağlayır.

73. "Xəzər Lənkəran" hücumlarını davam etdirir.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

Ev sahibi "Xəzər Lənkəran" matça daha yaxşı başlayıb.

Matç başladı.

"Olimpik-Şüvəlan" - "Simurq" 0:3
"Şəfa" stadionu
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Mübariz Haşımov, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Cahangir Hüseynov
Hakim-inspektor: Orucəli Durmuşov

 

Matç bitdi.

76. QOOL. Petrov Valev komandasının üçüncü qolunu vurdu

"Olimpik-Şüvəlan" azlıqda qalır. Görüşün baş hakimi Anar Salmanov bir qədər öncə etdiyi kobudluğa görə Asif Haqverdiyevə ikinci sarı vərəqə göstərərək meydandan qovur.

69. QOOl. Ruslan Qunçak onbirmetrlik zərbə ilə komandasının ikinci qolunu vurur.

50. QOOl. Elşən Məmmədov komandasını hesabda irəli çıxarır.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

46. "Olimpik-Şüvəlan"ın braziliyalı futbolçusu Dos Santosun uzaqdan vurduğu təhlükəli zərbə qapıdan yan keçir.

15. Sergey Artyuxun cərimə zərbəsindən vurduğu topu "Olimpik-Şüvəlan"ın qapıçısı Elşən Poladov kənara çıxardır.

14. Petrov Valevin başla zərbəsi qapının üstündən keçir

11. Qapılar qarşısında təhlükəli epizod yoxdur.

6. İlk dəqiqələrdən "Olimpik-Şüvəlan" klubunun futbolçuları topa daha çox nəzarət edir.

Matç başladı.

 

"Turan" - "Standard" 3:0
Tovuz şəhər stadionu
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, Eldar Nağıbəyov, Fuad Həsənov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Asif Namazov

Matç bitdi.

87. "Standard"ın futbolçusu George Seturidzenin zərbəsini qapıçı tutur.

52. Nadir Nəbiyevin uzaqdan zərbəsi təhlükəli alındı.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

40. QOOL. Samir Musayevin ötürməsindən sonra Rəşid Həsənov topu qapıya göndərir.

QOOL. Samir Musayev komandasının ikinci qolunu vurur.

QOOL. Nadir Nəbiyev komandasını hesabda irəli çıxardır.

Matç başladı.

 

7 noyabr (şənbə)

"İnter" - "Qarabağ" 2:1 
"Şəfa" stadionu
Hakimlər:
Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Ceyhun Haşımov
AFFA nümayəndəsi:
Məlik Həsənov
Hakim-inspektor: Nüvər Xasıyev

Oyun başa çatdı.  

90+1. "Qarabağ"ın yerinə yetirdiyi künc zərbəsi təhlükəli alındı. Lakin Lomaya bu dəfə qola imkan vermədi.

89. "İnter"dən Roşa sarı vərəqəylə cəzalandı.

87. QOL. "Qarabağ" hesab arasındakı fərqi minimuma endirdi. Rəşad Sadiqov fərqləndi.

86. "Qarabağ"ın heyətində üçüncü dəyişiklik baş verir. Əfran İsmayılovu Emin İmaməliyev əvəzləyir.

85. Lomaya növbəti dəfə səhvsiz oynadı.

84. "Qarabağ"ın müdafiəçiləri kobud səhvə yol verirlər. Lakin topu ələ keçirən Roşanın dubl etməsinə azacıq dəqiqlik çatmadı.

81. "İnter"də sonuncu oyunçu dəyişikliyi baş verir. Samir Abbasovu Branislav Çervenko əvəzlədi.

79. "Qarabağ" təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirdi. Lakin Əfran İsmayılovun zərbəsi qeyri-dəqiq alındı.

74. "Qarabağ"da isə Rauf Əliyevlə Aslan Kərimov oyuna daxil olur. Meydanı isə Maksim Medvedyev və Namiq Yusifov tərk edir.

71. "Qarabağ"dan Elnur Allahverdiyev sarı vərəqəylə cəzalandı.

69. "İnter"in heyətində ikinci dəyişiklik. Poşkusu Karlsons əvəzləyir.

67. "Qarabağ" hesab arasındakı fərqi azaltmağa çox yaxın idi. Lakin Lomaya növbəti dəfə komandasının real qoldan xilas etdi. Gürcü qapıçı Vüqar Nadirovun zərbəsini zərərsizləşdirməyi bacardı.

66. QOL. Roşa ikinci qolu "Qarabağ"ın qapısından keçirdi.

64. Roşanın zərbəsini Fərhad Vəliyev tuta bildi.

62. "Qarabağ"ın hücumu zamanı "İnter"in müdafiəçisi cərimə meydanından kobud oynadı. Matçın baş hakimi Fariz Yusifov əvvəlcə penalti təyin etdi. Daha sonra referi köməkçisi Mehman Mahmudovun bayrağının havaya qaldıraraq, oyundankənar vəziyyət qeydə almasının görərək, qərarının dəyişdi və sərbəst zərbə təyin etdi.  

58. QOL. "İnter" hesabı açdı. Poşkus fərqləndi.

57. Lomaya komandasının real qoldan xilas etdi. Gürcü qapıçı Vaqif Cavadovun güclü zərbəsinin qarşısını çətinliklə aldı.

56. "İnter"in heyətində ilk oyunçu dəyişikliyi baş verir. Odikadzeni Zlatinov əvəzlədi.

52. "Qarabağ"ın hücumu təhlükəli alındı. Lakin son anda rəqib müdafiələr Əfran İsmayılova qapıya zərbə vurmağa imkan vermədilər,

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

42. Roşanın cərimə zərbəsindən sonra ötürməsi təhlükəli alınsa da, müdafiəçilər topu uzaqlaşdırmağa müvəffəq oldular.

37. Çertoqanovun zərbəsi qapının üstündən keçdi.

36. "Qarabağ"dan Maksim Medvedyev sarı vərəqəylə cəzalandı.

32. Vaqif Cavadov iki dəqiqə ərzində qapıya iki zərbə endirdi. Lakin hər iki halda zərbəsi qeyri-dəqiq oldu.

30. Oyunda ilk sarı vərəqə "İnter"dən Mahir Şükürova göstərildi.

28. "İnter" hesabı açmağa çox yaxın idi. Rubins qapıçıyla təkbətək çıxsa da, Fərhad Vəliyev gözəl oyunuyla qola imkan vermədi.

26. "Qarabağ"ın növbəti təhlükəli hücumu. Rəaşd Sadiqovun zərbəsində azacıq dəqiqlik çatmadı.

24. Elvin Məmmədov keçmiş klubunu cəzalandırmağa çox yaxın idi. Lakin gənc futbolçu 3 rəqibini arxada qoyaraq, qapıya zərbə endirsə də, top bir qədər qapıdan aralı keçdi. 

23. "İnter" təhlükəli hücum qurdu. Lakin Fərhad Vəliyev cəld tərpənərək, topa Poşkusdan daha tez çatdı.

19. "İnter"dən Roşanın zərbəsi qapının yanından keçdi.

15. Vaqif Cavadovun yerinə yetirdiyi künc zərbəsinin "İnter"in müdafiəçiləri uzaqlaşdırdılar.

13. Vüqar Nadirovun zərbəsi təhlükəli alındı. Lakin "İnter"in qapıçısı Georgi Lomaya qola imkan vermədi.

4. "İnter"dən Poşkusun zərbəsi qapının üstündən keçdi.

2. İlk dəqiqələrdən "İnter" matça fəal başlayıb. Meydan sahibləri ardıcıl iki hücum qursalar da, "Qarabağ"ın müdafiə xəttini belə asanlıqla yarmaq qeyri-mümkündür.  

Oyun başladı.

 

"Bakı" - "Karvan" 1:0
T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Azad Mütəllimov, Orxan Məmmədov, Roman Vasilyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Səfər Haşımov

Matç bitdi.

84. QOL. Jaba cərimə zərbəsindən vurduğu qolla komandasını irəli çıxarır.

76. Feliksin zərbəsini "Karvan"ın müdafiəçiləri zərərsizləşdirir.

72. Vadim Boretsin təxminən 20 metrdən vurduğu zərbə təhlükəli alınır.

60. Yakuba Bamba və Ernani Pereyranın zərbələri təhlükəli olsada, top qapıdan aralı keçir.

57. "Karvan" son on dəqiqədə güclü hücumlar təşkil edir.

50. "Karvan" daha çox topa nəzarət edir.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

4. Oyuna "Bakı" fəal başlayıb. "Zolaqlılar" ardıcıl iki təhlükəli hücum qursa da, Ernani Pereyra təhlükəni sovuşdurdu.

Oyun başladı.

 

"Qəbələ" - "Muğan" 3:0
Qəbələ şəhər stadionu, süni örtüklü meydança
Hakimlər: Əfqan Həmzəyev, Aydın Ələkbərov, Vaqif Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Rüfət Hüseynov

Matç bitdi.

QOL. Qoqa Beraya komandasının üçüncü qolunu vurdu.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

42. QOOl. Tomaş Stolpa özünün və komandasının ikinci qolunu vurur.

30. QOOl. "Qəbələ" hesabda önə keçir. Komandanın polşalı hüçumçusu Tomaş Stolpa qol vurur.

Oyun başladı.


8 noyabr (bazar)

14:00 "Olimpik-Şüvəlan" - "Simurq"
"Şəfa" stadionu
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Mübariz Haşımov, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Cahangir Hüseynov
Hakim-inspektor: Orucəli Durmuşov

14:00 "Turan" - "Standard"
Tovuz şəhər stadionu
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, Eldar Nağıbəyov, Fuad Həsənov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Asif Namazov

17:00 "Xəzər-Lənkəran" - "Neftçi"
Lənkəran şəhər mərkəzi stadionu
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Məmmədov, Zöhrab Əliyev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov

TURNİR CƏDVƏLİ  

KOMANDALAR

O

Q

H

M

T-F

Xal

1. "İnter"

10

7

2

1

21-10

23

2 "Simurq"

10

6

2

2

13-8

20

3. "Qarabağ"

10

6

2

2

9-5

20

4 "Qəbələ"

10

5

2

3

13-12

17

5. "Neftçi"

10

5

1

4

8-6

16

6. "Xəzər Lənkəran"

9

4

3

2

10-5

15

7. "Bakı"

9

4

1

4

6-6

13

8. "Olimpik-Şüvəlan"

10

3

3

4

11-14

12

9 "Turan"

10

3

2

5

13-14

11

10. "Muğan"

10

3

2

5

7-15

11

11. "Karvan"

10

1

2

7

10-15

5

12."Standard"

10

0

2

8

7-18

2

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi