“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer “Qarabağ” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Qələbəni necə şərh edərdiniz?
- Çox xoşbəxtik. Qələbə qazanmaq çox vacib idi. Çətin bir həftə sonu yaşamışdıq. Həqiqətən də azarkeşlərimiz önündə üzücü hesabla uduzmaq bizə çox pis təsir etmişdi. Qısa zamanda komandanı toparlamaq, bu matça kökləmək heç də asan iş deyildi. Rəhbərlik, məşqçilər korpusu, futbolçular “Neftçi”yə yaraşanı etdilər. Lazım olan nəticəni əldə etdik. Komanda son dəqiqəyə qədər mübarizə apardı. Mübarizə “Neftçi”nin qanında var. Fair-play çərçivəsində döyüşdük, mübarizə apardıq. İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər komandaya dəstək oldular. Onların çəkdiyi cəfanı da anlayırıq. Biz bir ailəyik. “Neftçi”nin layiq olduğu, olmalı olduğu yerə birlikdə daşıyacağıq. Avrokuboklara yollanmaq istəyirik. Bunu bacaracağıq. Komanda ən azından əlindən gələni artıqlaması ilə edir. Bu mübarizə əzminə görə də alqışa layiqdir. Məşqçilər heyətinə də təşəkkür edirik. Bizi çempionata qaytardılar. Onların gördüyü iş çox önəmlidir. Bu şəkildə də davam edəcəyimizə, mövsümü istədiyimiz kimi başa vuracağımıza inanırıq.
- “Neftçi” 18 oyun, 5 il idi “Qarabağ” üzərində qələbə qazana bilmirdi. Oyundan əvvəl bu barədə futbolçularla söhbətiniz olmuşdu? Onlar bu uğursuz statistikadan xəbərdar idilər?
- Dövr məlumat dövrüdür. Komandamızın futbolçularının da hər biri peşəkardır. Laızm olan məlumatları əldə edirlər. Əksəriyyəti ölkə xaricindən gəlsələr də, “Neftçi”nin dəyərini başa düşürlər. Bizim üçün hər oyun önəmlidir. Çox güclü rəqibə qarşı mübarizə apadıq. Haqqımız olan qələbə əldə etdik. Bu, bir başlanğıcdır. Bilirsiniz ki, “Neftçi”ni inkişaf etdirmək üçün çox böyük bir yenilənməyə başlamışıq. Bunun nəticələrini qarşıda daha yaxşı görəcəyimizə inanırıq.
- Son iki oyunda stadionda azarkeş sayı çox idi. Növbəti matçlarda da fanatlardan eyni dəstəyi gözləyirsiniz?
- Biz azarkeşlərimizi daim stadionda, yuvalarında görmək üçün əlimizdən gələni edirik. Əminəm, daha artıq reaksiya verəcəklər. “Qarabağ”la budəfəki oyunumuz həftə arası olsa da, xeyli azarkeş gəlmişdi. Bu da camiəmiz üçün önəmlidir. Birlikdə istədiyimiz nəticələri qazanacağımızı ümidimiz böyükdür.
- Kuboku “Zirə” qazansa, “Neftçi” dördüncü yerin sahibi kimi avrokuboklara yollanmaya bilər...
- Biz avrokuboklara yollanacağımıza inanırıq. Mübarizəmizi davam etdirəcəyik. Təbii ki, nəticəni əvvəldən deyə bilmərik. Kuboku kimin qazanacağını proqnozlaşdırmaq çətindir. Haqq edən getsin Avropaya. Nəticə etibarı ilə “Neftçi”nin yeri Avropadır. Bu, təkcə bu il yox, hər mövsüm üçün keçərlidir. Avropada Azərbaycanımızı, bayrağımızı, camiəmizi ən yaxşı təmsil edəcək komandanı quracağıq. Qurduğunuz komandanı inkişaf etdirəcəyik və haqq etdiyimiz yerə qalxacağıq.
- Mətbuatda Vensan Abubakarla klub arasında problem yaşandığı, mövsümün sonunda onun komandadan gedəcəyi barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Abubakarla hər hansı problemimiz yoxdur. O, peşəkar futbolçudur. Hazırda zədəsi var. Bir həftə ərzində zədəsini sağaldacağına ümid edirik. Həkimlər belə deyirlər.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır
“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq
Neymar: “Yamal dünyanın ən yaxşı futbolçusudur”
Şeydayev oynadı, komandası qalib gəldi
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı - Video
Mahirin komandasından mövsümdə ikinci qələbə
Futzal millimiz Çexiyaya uduzdu
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da