"Topa daha çox sahib olmağa və boşluqlardan istifadə etməyə çalışacağıq. "Yuventus" qalib gəlmək üçün əlindən gələni i edəcək. "Yuventus" yaxşı mövsüm keçirdi. Onlar finalda oynamağa layiqdirlər".
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının finalında "Yuventus"la oyun öncəsi deyib.
O bildirib ki, İtaliya klubunda matçın gedişatını dəyişdirə biləcək futbolçular var: "Xüsusilə, Andrea Pirlo yaxşı oyun nümayiş etdirir".
L.Enrike onu da qeyd edib ki, finala kimi bir çox vacib oyunlar keçiriblər: "Futbolçularım indiyə kimi nümayiş etdirdikləri oyunu təkrarlamaq gücündədirlər".
Təcrübəli mütəxəssis bir mövsümdə üç kubok qazanmaq istədiklərini söyləyib: "Ancaq "Barselona"dakı gələcəyim final oyunun nəticəsindən asılı deyil".
L.Enrike "Yuventus"un futbolçusu Kyellinin son açıqlamasına da münasibət bildirib. Kyellini Lionel Messinin "Atletik"lə (Bilbao) matçda vurduğu gözəl qolu "Yuventus"la oyunda təkrarlaya bilməyəcəyini söyləyib. L.Enrikenin fikrincə Messi bu qolu bütün komandalara vura bilər.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı