Avropada 2014/2015 futbol mövsümü başa çatmaq üzrədir.
Qol.Az-ın məlumatına görə, artıq bir neçə ölkədə çempion vaxtından əvvəl müəyyənləşib.
İngiltərədə "Çelsi", Almaniyada "Bavariya", İtaliyada "Yuventus" sona bir neçə tur qalmış çempionluğunu rəsmiləşdirib.
Avropanın digər futbol liqalarında isə çempionlu uğrunda mübarizə davam edir.
1. "Çelsi" - İngiltərə Premyer Liqasının 35-ci turunda evdə "Kristal Palas"ı 1:0 hesabı ilə məğlub edən "Çelsi" sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, London klubunun tarixində beşinci çempionluğu olub.
2. "Bavariya" - Almaniya Bundesliqasının 30-cu turunda "Bavariya"nın turnir cədvəlində ən yaxın izləyicisi "Volfsburq"un səfərdə "Borussiya"ya (Münhenqladbax) 0:1 hesabı ilə uduzması Münhen təmsilçisini vaxtından əvvəl çempion edib. Evdə "Herta"ya 1:0 hesabı ilə qalib gəlmiş "Bavariya" ardıcıl 3-cü dəfə Bundesliqanın qızıl medallarına yiyələnib.
3. "Yuventus" - İtaliya A Seriyasının 34-cü turunda səfərdə "Sampdoriya"ya 1:0 hesabı ilə qalib gələn "Yuventus" ən yaxın izləyicisi "Latsio"nu 16 xal qabaqlayıb. Bununla da, Turin təmsilçisi sona 4 tur qalmış ardıcıl 4-cü çempionluğunu bayram edib.
4. PSV (Endhoven) - Hollandiya çempionatının 31-ci turunda evdə "Herenven”ə 4:1 hesabı ilə qalib gələn PSV ən yaxın izləyicisi “Ayaks”la xal fərqini 13-ə çatdırıb. Bununla da, PSV tarixində 22-ci çempionluğunu bayram edib.
5. "Olimpiakos" - Yunanıstan superliqasının 31-ci turunda evdə "Levadiakos"u 4:0 hesabı ilə məğlub edən "Olimpiakos" ən yaxın izləyicisi PAOK-u 13 xal qabaqlayıb. Bununla da, "Olimpiakos" sona üç həftə qalmış 42-ci çempionluğunu rəsmiləşdirib.
6. "Seltik" - Şotlandiya çempionatında "Dandi"ni 5:0 hesabı ilə məğlub edən "Seltik" sona üç tur qalmış ardıcıl 4-cü çempionluğunu bayram edib. Bu, "Seltik"in tarixində 46-cı çempionluğu olub.
7. "Videoton" - Macarıstan çempionatının 26-cı turunda lider "Videoton" səfərdə "Debretsen"ə 2:1 hesabı ilə qalib gəlib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Ferensvaroş"un səfərdə "Peski" ilə 2:2 bərabərə qalmasının ardından "Videoton" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu