"İnter" vahid liderə çevrildi

"İnter" vahid liderə çevrildi
PREMYER LİQA 25 Oktyabr 2009 / 19:56 5606
-  A +

Bu gün keçirilən dörd qarşılaşma ilə Unibank Premyer Liqada VIII tura yekun vuruldu. Qol.Az saat 14:50-dən etibarənVIII turun son 4 matçından canlı-mətn reportaj yayımladı. 

25 oktyabr (bazar)

"İnter" - "Standard" 4:2 
"Şəfa" stadionu
Hakimlər: Elnur Muradov, Munis Abdullayev, İsgəndər Əliyev, Zöhrab Əliyev
AFFA nümayəndəsi: Cahangir Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov

Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "İnter" tunir cədvəlində vahid liderə çevrildi.  

Oyun başa çatdı.

90. QOL. Samir Zərgərov "Standard"ın ikinci qolunu vurdu.

85. QOL. "İnter" dördüncü qolu vurdu. Qutyerres sabiq klubunu məyus etdi - 4:1.  

78. QOL. Fərid Quliyev axır ki istəyinə çatdı. "Standard" hesab arasındakı fərqi ikiyə endirdi.

70. "Standard" hesab arasındakı fərqi azaltmağa çox yaxın idi. Lakin Fərid Quliyevin zərbəsi dirəkdən döndü. Fəridin bu gün bəxti gətirmir. Gənc hücumçunun artıq ikinci dəfə zərbəsindən sonra qola dirək mane olur.   

66. QOL. "İnter" üçüncü qolu vurdu. Bu dəfə Mcavanadze fərqləndi.  

52. "İnter" ardıcıl iki epizodda qol vurmağa yaxın idi. akin hər iki halda Qutyerresin zərbəsi dəqiq olmadı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

42. "İnter" üçüncü qolu vura bilərdi. Lakin "Standard"ın qapıçısı komandasını qoldan xilas etdi.

36. Ardıcıl qollardan sonra oyunun tempi aşağı düşüb.

22. QOL. "İnter" ikinci qolu vurdu. Bu dəfə Petar Zlatinov rəqibin qapısına yol tapdı.  

20. QOL. "İnter" hesabı açdı. Samir Abbasov fərqləndi.

14. "Standard" hesabı açmağa çox yaxın idi. Lakin Fərid Quliyevin zərbəsi qapı dirəyinə dəydi.

11. "Standard"dan Aqil Məmmədovun zərbəsi yaddaqalan oldu.  

6. Karlsonsun zərbəsi qapıçıda qaldı.

4. "İnter" matça fəal başlayıb. Lakin Zlatinvun zərbəsi qeyri-dəqiq alındı.

Oyun başladı.

"Simurq" və "Qarabağ" xal itirdiyindən "İnter" bu gün qələbə qazanacağı halda turnir cədvəlində zirvəyə yüksələcək.  

 

"Bakı" - "Neftçi" 0:2

T.Bəhramov adına Respublika stadionu
Hakimlər:
Anar Salmanov, Azad Q. Hüseynov, Roman Vasilyev, Ceyhun Haşımov
AFFA nümayəndəsi:
Şaiq Həmidov
Hakim-inspektor: Şahin Cəfərov

 

Oyun başa çatdl

Hormətli oxucular!

İkinci hissədə online-reportajın yayımı zamanı texniki problemlər meydana çıxıb və bu səbəbdən məlumatların yerləşdirilməsində gecikmələr yaranıb. Buna görə üzr istəyirik.

89. Aliuta ikinci qolu meydan sahiblərinin qapısından keçirir - 0:2.

73. Nyaqa "Neftçi"ni hesabda irəlı çıxarır.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

43. Son dəqiqələr tamamilə "Neftçi"nin üstünlüyü şəraitində keçir.

37. Neaqa hesabı açmağa çox yaxın idi. Ruməniyalı forvard Şarliyanı da arxada qoysa da, boş qapının nişan almaq əvəzinə yerə yıxıldı. Nəticədə hakim simulyasiyatya yol vrən oyunçuya sarı vərəqə göstərdi.  

32. Quqlemon şansını boşa verdi.

25. Jabanın yerinə yetirdiyi cərimə zərbəsi qapıdan aralı keçdi.

16. Rəşad Abdullayevin zərbəsi qapının üstündən keçdi.

12. Jabanın zərbəsi təhlükəli alındı.

9. Ərazi üstünlüyü "Bakı"nın tərəfindədir.

2. "Bakı"nın əks-hücumu təhlükəli alına bilərdi. Lakin Boretsin zərbəsi Rail Məlikova dəyərək, geri qayıtdı.

Oyun başladı.

                                                   ***

Bülənt Qorxmaz ilk dəfə start heyətində Mahmud Qurbanova şans verib. Mahmud bu gün komandanı meydana kapitan qismində çıxaracaq.

                                                   ***

“Neftçi”də isə Vaqif Sadıqov qapıda Paulius Qribauskasa şans verib. Zaur Tağızadənin adı isə heç ehtiyat oyunçular skamyasında da yoxdur.

 

"Karvan" - "Qarabağ" 1:1 
Yevlax şəhər stadionu
Hakimlər:
Əfqan Həmzəyev, Vaqif Musayev, İlham Əliyev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Orucəli Durmuşov

Oyun başa çatdı.  

73. QOL. "Qarabağ" hesabı barabərləşdirdi. Rauf Əliyev fərqləndi.

60. "Qarabağ" hesabı bərabərləşdirmək üçün irəli atılıb.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

41. Qomeş hesab arasındakı fərqi artıra bilərdi.

30. Qoldan sonra da üstünlük "Karvan"ın tərəfindədir. "Qarabağ" rəqib qapısı qarşısında təhlükə yaratmaqda çətinlik çəkir.

15. QOL. "Karvan" hesabı açır. Dövlətmurad Atayev fərqləndi.

10. "Karvan" rəqibini əks hücumda yaxaladı. Lakin Leandro Qomeş topu qapıdan keçirə bilmədi.

6. Oyuna Ağdam klubu fəal başlayıb. "Qarabağ" ilk dəqiqələrdən rəqibini qapısına doğru sıxışdırmağı bacarıb.

Oyun başladı.

 

"Turan" - "Qəbələ" 0:1 
Tovuz şəhər stadionu
Hakimlər: Elçin Məmmədov, Habil Əliyev, Azad Ə. Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Rüfət Hüseynov

Oyun başa çatdı.  

79. "Turan" hesabı bərabərləşdirmək üçün bütün komandayla irəli atılıb.

56. QOL. "Qəbələ" hesabı açdı. Vurğun Hüseynov fərqləndi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

38. "Qəbələ"dən Melnik hesabını aça bilərdi. Lakin Kamal Bayramov qola imkan vermədi.

36. "Turan" növbəti qol şansını qaçırdı. Nadir Nəbiyev topu qapıçının baş üzərindən aşırsa da, top "çərçivə"yə düşmədi.

34. "Qəbələ" meydanda azlıqda qaldı. Ostap qırmızı vərəqə aldı.

23. "Turan" hesabı açmağa yaxın idi. Hafiz Əliyevin asmasından sonra "Qəbələ"nin müdafiəçisi səhvə yol verdi. Lakin komandanınm qapıçısı son anda avtoqolun qarşısını aldı.

10. Matçın ilk dəqiqələrində mübarizə əsasən meydanın mərkəzində keçir.

Oyun başladı.

 

 

24 oktyabr (şənbə)

"Xəzər-Lənkəran" - "Simurq" 3:0 
Lənkəran şəhər mərkəzi stadionu
Hakimlər: Azad Mütəllimov, Elman Musayev, Azər Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əli Hüseynov

Oyun başa çatdı.  

90+3. Devar Ayhanın zərbəsi qapının üstündən keçdi.

90+1. Postranski "Simurq"u dördüncü qoldan xilas etdi.

88. Qunçak hesaba rasındakı fərqi azaltmağa borclu idi. Lakin yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmədi.

Souza meydana lənkəranlı azaerkeşlərin alqışı altında daxil olur.

84. Mircavadov sonuncu dəyişikliyi edir. Denis Kalinkovu Mario Souza əvəzləyir.

84. "Xəzər Lənkəran" dördüncü qolu vurmağa çox yaxın idi. Lakin Nizaminin zərbəsi qapı dirəyinə dəydi.

82. Tural Cəlilovun zərbəsi qapının üstündən keçdi.

80. "Xəzər Lənkəran"da növbəti əvəzetmə. Alim Qurbanov Junior Osvaldonun əvəzinə meydana daxil oldu.

75. "Xəzər Lənkəran"ın heyətində dəyişiklik baş verdi. Allan Lalini Nizami Hacıyev əvəzlədi.

72. "Simurq"un heyətində sonuncu əvəzetmə. Yuri Bulıçevi Tural Cəlilov əvəzlədi.

71. "Xəzər Lənkəran"ın növbəti hücumu təhlükəli alındı. Lakin Svetkovun zərbəsində azca dəqiqlik çatmadı.

69. "Simurq"un hücumu təhlükəli alına bilərdi. Lakin Qonqadze topu özündən xeyli irəıi buraxdı.  

60. Qunçakın növbəti zərbəsi qapıdan aralı keçdi.

57. Svetkov yenidən fərqlənməyə yaxın idi. Lakin bolqar hücumçunun zərbəsi qapıdan aralı keçdi.

55. Qonqadzenin uzaqdan zərbəsini Kamran Ağayev tutdu.

51. Qunçakın zərbəsi qapıdan aralı keçdi.

47. QOL. "Xəzər Lənkəran" üçüncü qolu vurdu. İvan Svetkov cari mövsümdə ilk dəfə qol sevinci yaşadı.

46. "Simurq" ikinci hissəyə əvəzetmələrlə başlayır. Pokora məğlubiyyətdən yaxa qurtarmaq üçün Solonitsin və Petrovu meydana buraxır.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

45+1. Pexanın növbəti səhvi. Lakin Elşən Məmmədov bu "hədiyyə"dən yararlana bilmədi. Onun zərbəsi elə də güclü alınmadı.

Hakim birinci hissənin sonuna 2 dəqiqə əlavə etdi.

42. "Simurq" oyunda ən real qol epizodunu yaratdı. Lakin Elşən Məmmədovun zərbəsi qapıdan azca aralı keçdi.

41. "Xəzər Lənkəran" üçüncü qolu vurmağa çox yaxın idi. Lakin Postranski inanılmaz reaksiya göstərərək, Kalinkovun sevinməsinə imkan vermədi.  

38. Bulıçevin zərbəsi yaddaqalan oldu.

36. Malıginin zərbəsi qapının üstündən keçdi.

32. Kamran Ağayev çıxışda inamlı oynyaraq, komandasını qoldan xilas etdi.

29. Junior Osvaldodan gözəl hərəkətlər. Lakin braziliyalı topa istədiyi kimi zərbə vura bilmədi.

28. Sokolenkonun uzaqdan zərbəsi müdafiəçilərdən qayıtdı.

26. Artyuxun baş zərbəsindən sonra top Kamran Ağayevdə qaldı.

25. QOL. Kalinkov ikinci qolu "Simurq"un qapısından keçirdi.

22. "Simurq"un hücumu təhlükəli alındı. Elşən Məmmədovun ötürməsindən sonra müdafiəçilər topu uzaqlaşdırdılar. Hücumun davamında Yuri Bulıçev cərimə meydançasına doğru asma etsə də, topa toxunan olmadı.   

21. İvan Pexa ikinci dəfə səhvə yol verir. Lakin Silva komanda yoldaşının səhvini sığortaladı.

18. Kalinkov iki oyunçudan sıyrılaraq, qapıya zərbə endirsə də, zərbəsi qeyri-dəqiq alındı.

15. Svetkovun növbəti cinah ötürməsi təhlükəli alındı. Lakin Postranski topa Lalindən daha tez çatdı.

13. Svetkovun cinah ötürməsi təhlükəli alındı. Lakin "Simurq"un qapıçısı topa sahib çıxdı.

12. Kalinkovun zərbəsi qapıdan aralı keçdi.

9. Artyuxun asması təhlükəli alına bilərdi. Lakin Silva topu uzaqlaşdıra bildi.

7. İlk dəqiqələrdən çox maraqlı qarşılaşmaya şahidlik edirik. Hər iki tərəf açıq futbola üstünlük verir.

6. "Xəzər Lənkəran" ikinci qolu vurmağa çox yaxın idi. Kalinkovun zərbəsini qapıçı çətinliklə dəf etdi. Rahid Əmirquliyevin zərbəsini isə müdafiəçilər uzaqlaşdırdılar.

5. "Simurq"un hücumu təhlükəli alına bilərdi. Lakin Kamran Ağayev çıxışda səhvsiz oynadı.

Honduraslı hücumçu cari mövsümdə beşinci qolunu vurdu.

5. QOL. "Xəzər Lənkəran" hesabı açdı. Svetkovun ötürməsindən sonra Lalin topu qapıdan keçirdi.

3. Ruslan Qunçakın uzaqdan zərbəsi təhlükəli alındı.

Oyun başladı.

 


"Olimpik-Şüvəlan" - "Muğan" 0:0 
"Şəfa" stadionu
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Mübariz Haşımov, Fuad Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Akif Məmmədov

Oyun başa çatdı.  

77. "Olimpik-Şüvəlan" hesabı açmağa çox yaxın idi. Lakin komandanın qapıçısı Kviritiyanın zərbəsinə inanılmaz reaksiya göstərdi.

66. "Muğan" hesabı aça bilərdi. Lakin Fərrux İsmayılovun zərbəsi qeyri-dəqiq alındı.

53. İkinci hissəyə də "Muğan" fəal başlayıb. Salyan klubu topa daha çox nəzarət edir.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

36. Son dəqiqələrdə meydan sahibləri fəallaşıblar. Lakin rəqibin müdafiəsini yarmaq hələ ki mümkün olmur.

23. "Olimpik-Şüvəlan" hesabı aça bilərdi. Lakin "Muğan"ın qapıçısı səhvəsiz oynadı.

15. Qarşılaşmanın ilk 15 dəqiqəsi arxada qaldı. Oyun sönük keçir. Ərazi üstünlüyüb qonaqların tərəfində olsa da, real epizod yoxdur.

2. İlk hücum "Muğan"dan gəldi. Lakin Salyan klubunun yerinə yetirdiyi cərimə zərbəsi bir o qədər də təhlükəli alınmadı.

Oyun başladı.

 

KOMANDALAR

O

Q

H

 M

 T-F

 Xal

1. "Inter"

8

6

1

1

18-8

19

2  “Qarabağ"

8

5

2

1

7-3

17

3  "Simurq"

8

5

1

2

9-7

16

4. "Xəzər Lənkəran"

7

4

2

1

10-4

14

5. "Qəbələ"

8

4

2

2

10-10

14

6. "Neftçi"

8

4

0

4

7-6

12

7  "Muğan"

8

3

2

3

5-9

11

8. "Olimpik-Şüvəlan"

8

2

3

3

10-11

9

9. "Bakı"

7

2

1

4

3-6

7

10. "Turan"

8

1

2

5

7-12

5

11. "Karvan"

8

1

2

5

10-13

5

11."Standard"

8

0

2

6

7-14

2

 
 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"