Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə keçirilmiş dünya kubokunun son günündə Azərbaycan samboçuları daha 2 medal qazanıb.
Qol.Az-ın "Report" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, medallardan birini 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında cüdo növündə bürünc medala sahib olmuş Mövlud Mirəliyev əldə edib.
M.Mirəliyev idman sambosu növündə də 100 kq çəki dərəcəsində eyni nəticəni göstərib. Digər medalı isə döyüş sambosu növündə Elnur Əhmədov aktivinə yazdırıb. E.Əhmədov 62 kq çəkidə bürünc medala yiyələnib. Beləliklə, Azərbaycan samboçuları Dünya Kubokunu 1 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurublar.
Qeyd edək ki, daha öncə idman sambosu növündə Amil Qasımov (74 kq) qızıl, Nəsimi Umbayev (52 kq) və Emil Həsənov (68 kq) gümüş, Bəxtiyar Abbasov (90 kq), Elmuraz Qasımov (100 kq) və döyüş sambosu növündə Kənan Qasımov (90 kq) bürünc medala sahib olub.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı
"Trabzonspor" və "Kayrat" qalib gəldilər
"Milan" və "Beşiktaş"dan qələbə
Ərdoğan “Beşiktaş” prezidentinə zəng etdi
“Beşiktaş”ın matçında dava düşdü - Yenilənib
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi