“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyada keçirilən “Teksel Cup” turnirində mübarizəyə başlayıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, martın 23-dən “Zanbaqlar ölkəsi”ndə olan Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda turnirin ilk oyun günündə 3 matça çıxıb.
Hollandiyanın şimalında yerləşən Teksel adasında keçirilən yarışda 6 komanda dairəvi sistemlə mübarizə apardığından iki gün davam edən turnirin birinci günündə 3 tur keçirilib. “Qəbələ” ilk qarşılaşmada “Tvente” ilə üz-üzə gəlib. Məhəmməd Məhərrəmovun fərqləndiyi matçda hollandiyalılar qalib gəlib – 2:1. “Qırmızı-qaralar” ikinci oyununda “Qroningen”lə qolsuz heç-heçəyə nail olub. “Alkmaar”la görüşdə 1:0 hesabı ilə qalib gələn "Qəbələ"yə 3 xalı İbrahim Camalovun qolu qazandırıb. Sabah “Qəbələ” daha iki oyun keçirəcək. “Qırmızı-qaralar” əvvəl “Feyenoord”, ardınca “Teksel-94” ilə qarşılaşacaq.
"Real"da ciddi itki
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi