Luçesku yenidən Türkiyəyə qayıdır?

Luçesku yenidən Türkiyəyə qayıdır?
XƏBƏR 28 Mart 2015 / 13:12 6238
-  A +

"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Mirça Luçesku "Fənərbaxça"nı çalışdıra bilər.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə  Rumıniya Futbol Federasiyasının sabiq prezindeti Sandu məlumat verib.

O bildirib ki, "Fənərbaxça" nümayəndələri rumıniyalı mütəxəssis ilə danışıqları aparır: "Fənərbaxça" Luçeskunun komandanın baş məşqçisi olmasını istəyir. Böyük ehtimalla, mövsümün sonunda "Şaxtyor"la müqaviləsi başa çatacaq Luçesku "Fənərbaxça"nı çalışdıracaq".

Qeyd edək ki, M.Luçesku daha öncə Ukraynada yaşamağın çətin olduğunu və bu səbəbdən "Şaxtyor"dan ayrılmaq istədiyini söyləyib.

Xatırladaq ki, Luçesku 2000-2002-ci illərdə "Qalatasaray"ı, 2002-2004-cü illərdə isə "Beşiktaş"ı çalışdırıb.

Daha çox


Son xəbərlər