Monteneqro Futbol Federasiyasının baş katibi Momir Curcevaç "Avro-2016"nın seçmə mərhələsində Rusiya ilə oyunda baş verən qalmaqala münasibət bildirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, federasiya rəsmisi matçın ilk dəqiqələrdən dayandırılmalı olduğunu deyib:
"Başa düşmürəm ki, insanlar stadiona nə üçün gəlirlər. Azarkeşlər "Monteneqro" səni sevirik" mahnısını oxuyurlar, ancaq sonra aranı qarışdırırlar. Biz təhlükəsizlik xidmətinin yüksək səviyyədə olması üçün əlimizdən gələni etdik. Azarkeş qruplarının liderləri ilə görüşdük. Lakin bunun heç bir xeyri olmadı. Baş verənlər bir fəlakətdir. Məncə, oyun elə ilk dəqiqədən dayandırılmalı idi".
Qeyd edək ki, Monteneqro - Rusiya matçının ilk dəqiqəsində yerli fanatlar qonaqların qapıçısı İqor Akinfeyevə fişəng atıb. Başından xəsarət alan qolkiper xəstəxanaya aparılıb. Bundan sonra matç dayandırılıb. Daha sonra oyun bərpa olunsa da, yerli azarkeşlər bu dəfə rusiyalı futbolçu Dmitri Kambarovun başına alışqan atıblar. Bundan sonra futbolçular arasında insident yaranıb və Rusiya millisinin oyunçuları meydanı tərk ediblər. Beləliklə də, görüş yarımçıq dayandırılıb.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu