"Komandada müsbət enerji və əhval-ruhiyyə var. Gürcüstanla oyun bizim üçün yaxşı sınaq oldu. Meydana nəticə qazanmaq üçün çıxacağıq və ümid edirik ki, qələbə qazanacağıq".
Qol.Az-ın "Report" informasiya agentliyinə istinadən yaydığı xəbərə görə, bunu Bakıda keçirilən mətbuat konfransında Malta yığmasının hücumçusu Jan Pol Farruqia deyib.
Sabah "Avro-2016"nın seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Maltanın hücumçusu Gürcüstanla keçirilən yoldaşlıq oyunundan da söz açıb:
"Əsas məqsədimiz o idi ki, biz ehtiyatı yoxlayaq və hazırlaşaq. Bu oyunda xal yox idi, ona görə rahat oynayırdıq. İndi isə qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, Azərbaycan - Malta matçı martın 28-də saat 21:00-da başlayacaq.
Turində triller! - Video
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək