"Meydandan qovulmağımı istəyirlər" – Kosta

"Meydandan qovulmağımı istəyirlər" – Kosta
XƏBƏR 26 Mart 2015 / 14:51 3794
-  A +

"Çelsi"nin hücumçusu Dieqo Kosta Premyer Liqadakı müdafiəçilərdən şikayətlənib.

Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan ispaniyalı futbolçu bəzi müdafiəçilərin onu meydandan qovdurmaq üçün çalışdıqlarını bildirib:

"Premyer Liqada çıxış edən müdafiəçilər İspaniyadakından fərqlənmirlər. Hər iki çempionatda müdafiəçilər sərt oynayırlar. Ancaq La Liqada hakimlər buna göz yummurlar. Premyer Liqada isə bəzi müdafiəçilər mənim meydandan qovulmağıma çalışırlar. Lakin hər dəfə mən özümü toparlayaraq oyunuma davam edirəm".


Son xəbərlər