"İqor Kolomoyski sahibi olduğu “Dnepr” klubunun futbolçuları vasitəsi ilə siyasi hakimiyyətə təzyiq göstərməyə cəhd edir"
“Dnepr” klubunun futbolçuları Ukrayna millisinin martın 31-də Latviyaya qarşı keçiriləcək yoxlama oyununda iştirakdan imtina ediblər.
Qol.Az-ın xəbərinə görə, bu haqda Ukrayna mətbuatı məlumat yayıb.
Millinin baş məşqçisi Mixail Fomenko jurnalistlərə açıqlamasında bildirib ki, onlara Premyer Liqadan müraciət olunaraq xahiş edilib ki, “Dnepr”in futbolçularının Latviya ilə oyunun heyətindən çıxarılmasına razılıq verilsin. Bildirilib ki, millinin yoxlama oyunu ilə əlaqədar təqvimdə ölkə kubokunun 1/4 finalının təxirə salınmış “Çernomorets” – “Dnepr” matçını keçirmək üçün yaxşı imkan yaranıb.
“Biz bu müraciətə müsbət cavab verdik. Axı, “Dnerp”li futbolçular yoxlama oyununa gəlməyəcək. Rəsmi matç olsaydı, başqa məsələ” – deyə Fomenko bildirib.
Qeyd edək ki, milliyə bu dəfə “Dnepr”dən altı futbolçu çağırılıb. Bunlar qapıçı Denis Boyko, müdafiəçi Artem Fedetski, yarımmüdafiəçilər Ruslan Rotan, Yevgeni Konoplyanka, Roman Bezus və hücumçu Roman Zozulyadır.
Ukrayna jurnalistləri və futbol dairələrinə yaxın şəxslər isə əslində mediaya deyilənlənlərin həqiqəti əks etdirmədiyini bildiriblər. İddia olunub ki, “Dnepr” rəhbərliyinin təzyiqindən sonra futbolçular milliyə buraxılmayıblar. Məsələ burasındadır ki, son günlər “Dnepr”in prezidenti, oliqarx İqor Kolomoyski ilə Ukraynanın siyasi rəhbərliyi arasında biznes maraqlarına görə ciddi problem yaranıb. Eksperlər bildiriblər ki, məhz bu məsələyə görə Kolomoyski sahibi olduğu “Dnepr” klubunun futbolçuları vasitəsi ilə hakimiyyətə təzyiq göstərməyə cəhd edir. Bu dəfə o, “Dnepr”in futbolçularından su-istifadə edərək onların milliyə getməsinə qarşını alıb. Məşqçi heyəti və oyunçular isə klub prezidentindən çəkindiklərinə görə tələbi yerinə yetirmək məcburiyyətində qalıblar.
“Sizcə, bu addım milli komanda üçün tələ deyilmi” – deyə ukraynalı jurnalistlərdən biri “Dnepr”in baş məşqçisi Miron Markeviçə sual ünvanlayıb. O isə cavabında bildirib ki, “Dnepr” tərəfdən milliyə hansısa tələ qurulmayıb.
“Təqvimdə boş vaxt var və biz də buna görə “Çernomorets”lə oyunu keçirmək istəyirik. Bunu bizə Premyer Liqa təklif etdi. Biz də razılıq verdik” – deyə baş məşqçi bildirib.
Ukrayna millisinin sabiq hücumçusu İvan Qetsko isə deyib ki, “Dnepr”li futbolçular böyük ehtimalla klub rəhbərliyinin təzyiq ilə bu addımı atmaq məcburiyyətində qalıblar.
“Hesab edirəm ki, indi Ukrayna Futbol Federasiyası “Dnepr” rəhbərliyi ilə danışıqlar gedib vəziyyəti düzəltməyə çalışacaq. Əks halda bu gün qeyri-rəsmi oyundan imtina edənlər, sabah rəsmi oyundan da boyun qaçıracaqlar” – deyə o bildirib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu